Şənbə günü yağışlı hava şəraitində keçirilmiş ilk yarışda qələbə qazanan pilot Mercedes-Benz komandasının kanadalı pilotu Robert Uikkens olmuşdur. Kanadalı pilot yarışa təsnifat mərhələsinin qalibi Qəri Paffettin ardınca ikinci yerdən başlasa da, sonunda damalı bayrağı ilk görən pilot olmuşdur.
Şənbə günü yağışlı hava şəratində keçən yarış təhlükəsizlik avtomobilinin müşayəti ilə başladı. Yalnız üç dövrədən sonra treki tərk edən təhlükəsizlik avtomobili əsil mübarizənin başlanmasına start verdi. Uikkens isə ilk fürsətdən istifadə edərək liderlik edən Paffettə hücum etdi və üçüncü döngədə onu ötməyə müvəffəq oldu. Bundan sonra kanadalı rəqiblərindən sürətlə uzaqlaşaraq damalı bayrağa kimi əminliklə liderlik etdi.
Şənbə günü Qəri Paffetti ötməyi bacaran yeganə pilot Uikkens deyildi. Səkkizinci dövrədə Pol di Resta həmyerlisini arxada qoymağı bacardı.
Lakin, şotlandiyalı Uikkensin tempinə uyğunlaşmağa cəhd etsədə buna müvəffəq olma bilmədi. 2010-cu ilin DTM çempionu olan Resta finişdə qalibdən 10,955 saniyə geridə qalmışdır.
Şənbə günü keçirilən yarış yenə də Mercedes pilotlarının üstünılüyü ilə yadda qaldı. Maksimilian Götz ilk üçlükdəki komanda yoldaşlarının arxasınca dördüncü olaraq finiş xəttini keçdi. Beşinci yerdə finiş görən pilot Mattias Ekstrem (Audi) oldu. İlk onluğa Maksim Marten BMW), Ceymi Qrin, Edoardo Mortara, Timo Şayder (hər üçü - Audi) və Feliks Rozenkvist (Mercedes-Benz) daxil oldurlar. Şənbə günü qazandığı qələbə sayəsində Robert Uikkens pilotlar çempionatında liderliyə yüksəlmiş oldu. Kanadalı pilotun əsas rəqibi olan Marko Vittmann yalnız 19-cu yerdə finiş görərək liderliyi əldən verməyə məcbur oldu.