DTM çempionatının pilotlar turnirinə başçılıq edən Mercedes-Benz komandasının kanadalı pilotu Robert Uikkens beşinci gün keçirilmiş sərdəst yürüşlərin lideri olmuşdur. Norisrinqdəki 2,3 kilometrlik dövrəni 48,570 saniyə vaxtla tamamlayan kanadalı pilot, komanda yoldaşı Lukas Aueri 0,072 saniyə üstələmişdir. İki Mercedes pilotunun ardınca üçüncü nəticəni göstərən pilot Audi komandasının britaniyalı pilotu Ceymi Qrin olmuşdur.
İlk sərbəst yürüşlərdə üçüncü nəticəni göstərmiş Mattias Ekstrem (Audi RS 5 DTM) bu dəfə də yalnız dördüncü ola bilmişdir. Onu liderdən 0,187 saniyə geridə qalan Edoardo Mortara təqib etmişdir. İlk günün lideri beşinci gün keçirilmiş sərbəst yürüşlərdə altıncı nəticəni göstərə bilmişdir.
Bavariya komandasının pilotları arasında ən yaxşı nəticə göstərmiş pilot Marko Vittmann olmuşdur. Alman pilot dövrəni 48,723 saniyə zamanla başa vuraraq beşinci nəticəni qeydə almışdır. İlk onluğu tamamlayan pilotlar Ədrien Tambe (Audi), Bruno Spenqler (BMW), Niko Müller (Audi) və Timo Qlok (BMW) olmuşdurlar.