DTM çempionatının səkkizinci yarışı Audi komandasının İsveçrəli pilotu Niko Müllerin qələbəsi ilə nəticələnmişdir. Niko Müller komanda yoldaşı Mattias Ekstremlə birlikdə ikinci cərgədən start alsa da, Ekstremdən daha şanslı idi. Uğurlu start alan Müller ilk döngəyə artıq ikinci girməyi bacarmışdır. Onun əksinə, startı zəif olan Ekstrem, ilk döngədə onu keçərək qəfil əylənən Pol di Restaya (Mercedes-Benz) arxadan zərbə vuraraq öz avtomobilini zədələmiş oldu.
Avtomobili zədələnmiş Ekstremin yarışı tərk etməkdən başqa əlacı qalmadı. Arxa sıralarda da qəzasız ötüşmədi - Molina ilə toqquşan Farfus da yarışı tərk etməli oldu. Trekə səpələnmiş qırıntıların yığışdırılması üçün trekə daxil olan təhlükəsizlik avtomobili, yalnız beşinci dövrənin sonunda trassanı tərk etdi.
Restartdan sonra liderlik edən Tom Blomkvist Müllerə keçiş şansı vermədi və pit-stopa qədər liderliyini davam etdirdi.
Norisrinqdə keçirilən yarış pilotların təkər-təkərə mübarizəsi ilə yadda qaldı. 14-cü dövrədə Robert Uikkensə (Mercedes-Benz) hücum edən Ədriən Tambe (Audi) start-finiş düzlüyünün sonunda kanadalını keçərək altıncıı yerə yüksəlmiş nail oldu.
Yarışda ilk pit-stop 25-ci dövrədə Mercedes pilotu Pol di Restadan gəldi. Onunla birlikdə pitə yollanan pilotlar Maksim Marten (BMW) və Tima Şayder (Audi) oldular.
Yarışın ortasında liderləri yaxalamış olan Lukas Auer (Mercedes-Benz) Niko Müllerə təzyiq göstərməyə başladı. Avstriyalı pilotun nəfəsini arxasında hiss edən Müller öz növbəsində 33-cüdövrənin sonlarında Blomkvistə hücum etdi. İsveçrəli birinci döngəyə Britanityalıdan öncə daxil olsada, Blomkvist xəttləri çarpazlaşdıraraq liderliyi geri almış oldu. Bu arada pit-stopa girən Ədrien Tambe komandanın səhvi ucbatından podium şansını itirmiş oldu. 35-ci dövrədə pitə girən Auer Müllerin rahat nəfəs almasına şərait yaradı. Üstəlik komandanın 6.1 saniyəlik pit-stopu gənc pilotu gerilərə atmış oldu.
Liderlər arasında ilk pit-stopa girən pilot Tom Blomkvist oldu. Niko Müller isə gec pit-stop strategiyasını seçərək rəqibindən yeddi dörə sonra pit-stopa getmiş oldu. Pit-stopdan Blomvistin önündə çıxan İsveçrəli pilot Britaniyalıya ona hücum etmək şansı belə vermədi. Yarışın 63-cü dövrəsində Xunkandelyanın (Mercedes-Benz) təması nəticəsində yerində fırlanan da Koştanın avtomobilinə zərbə vuran Ədriən Tambe təhlükəsizlik avtomobilinin yenidən trekə çıxmasına səbəb oldu. Lakin, ara məsafələrini heçə endirməsinə baxmayaraq, Müller onu təqib edən BMW pilotları Blomkvist və Martenə hücum şansı vermədi və onların önündə damalı bayrağı görən ilk pilot oldu.
Norisrinqdə keçirilmiş mərhələdən sonra pilotlar çempionatına 75 xalla Marko Vittmann liderlik edir. Onu 73 xalla Edoardo Mortara və 70 xalla Pol di Resta təqib edirlər. Komandalar çempionatında Audi Sport Team Abt Sportsline 119 xalla liderliyini davam etdirir. İkinci və üçüncü sırada isə, BMW Team RMG (115 xal) və BMW Team RBM (114 xal) qərarlaşmışdırlar.
Markalar çempionatında da vəziyyət dəyişilməz qalır. İlk onluqda altı avtomobillə finiş görümüş BMW 310 xal toplayaraq yerini möhkəmləndirmiş oldu. Onları 276 xalla digər Bavariyalı istehsalçısı olan Audi və 222 xal toplamış Mercedes-Benz təqib edir. Çempionatın növbəti mərhələsi 15-17 iyul tarixlərində Hollandiyanın Zandvoot trekində keçiriləcəkdir.