Edoardo Mortara bu mövsümdə bir neçə yarışda qalib gəlmiş ilk pilot olmuşdur. Şənbə günü keçirilən yarışda damalı bayrağı ilk görən İtaliyalı pilot, Hokkenheymdə əldə etdiyi ilk qələbəsinə birisini də əlavə etmiş oldu. Edoardo Mortara yarışı altıncı yerdən başlasa da, startda iki sıra irəliləyərək dördüncü yerə qalxmış oldu.
Yarışın ilk anlarında əsas mübarizə yarışı ilk cərgədən başlamış Fitoris və Ekstremin arasında getsə də, sonradan Robert Uikkens isveç pilotu geridə qoymağı bacarmışdır. Bu arada Niko Müller əyləcləmədə səhv buraxaraq komanda yoldaşı Mayk Rokkenfellerin yerində fırlanaraq arxa sılara düşməsinə səbəb olmuşdur. Bu səhvi Müllerə baha başa gəlmişdir - yarışın stüardları ona pitdən keçmə cəzası vermişdirlər.
Bir neçə dövrə sonra ikinci yeri geri almağa çalışan Ekstrem gec əyləcləmə nəticəsində Uikkensi vuraraq trekdən çıxarmış və eyni zamanda Fitorisin avtomobilinə təmas edərəc sonuncunun yerində fırlanmasına səbəb olmuşdur. Ekstrem ilə Uikkens yarışı tərk etsələr də, Fitoris yarışmağa davam etmişdir. Qəzadan qazanclı cıxan pilotlar isə Audi komandasının üzvləri Edoardo Mortara və Ceymi Qrin olmuşdurlar.
Qəzadan sonra trekə daxil olan təhlükəsizlik avtomobilinin treki tərk etməsindən sonra Mortara Qrinə keçmək şansı verməmiş və liderliyini qorumuşdur.
Liderliyə yüksəlmiş Audi pilotları yarş boyu vəziyyətə nəzarət edərək, heç kimi hücum məsafəsinə buraxmamış və damalı bayrağı görən ilk pilotlar olmuşdurlar.
Mercedes pilotlarının Norisrinqdə 13 dəfə qalib gəlməsinə baxmayaraq, bu yarışda ən uğurla çıxış etmiş pilot Pol di Resta olmuşdur. Şotlandiyalı pilot iki Audi pilotunun ardınca üçüncü yerdə finiş görərək podiumun sonuncu pilləsinə qalxmışdır.
Bavariya komandasının pilotları Marko Vittmann, Bruno Spenqler və Maksim Marten ilk altılığı tamamlayan pilotlar olmuşdurlar. 15-ci yerdən start almış Ədriən Tambe yeddinci olmağı bacarmışdır. Maksimilian Götz yarışı səkkizinci, 21-ci yerdən yarışı başlayan Feliks da Koşta isə doqquzuncu tamamlamışdırlar.
Yarışı pouldan başlayan Fitoris onuncu yerdə finiş görmüşdür.
Norisrinqdə keçirilmiş ilk yarışdan sonra pilotlar çempionatına 69 xal toplamış Edoardo Mortara başçılıq edir. Onu 67 xalla Marko Vittmann və 63 xalla Ceymi Qrin təqib edirlər. Komanda çempionatına 115 xalla Audi Sport Team Abt Sportsline liderlik edir. İkinci yerdə 105 xalla BMW Team, üçüncü yerdə 81 xal toplamış RMG BMW Team RBM qərarlaşmışdırlar. Markalar çempionatına 260 xalla BMW liderlik edir. Onu 247 xalla Audi və 200 xalla Mercedes-Benz təqib edir.