Altıncı gün keçirilən ilk sıralama turlarında birinci yerdən start almaq hüququnu Team Mucke komandasının alman pilotu Kristian Fitoris əldə etmişdir. Öz gərginliyi ilə yadda qalmış 20 qəqiqəlik sıralama turlarında 48,144 saniyə vaxtla dövrəni başa vuran Mercedes pilotuna rəqib tapılmamışdır. Qeyd etmək lazımdır ki, sıralamalarda nəticələr çox sıx olmuşdur ki, ilk səkkiz pilotu 0,2 saniyə ayırmışdır.
Fitoris özünün ən sürətli dövrəsini sırlama turlarının ortalarında göstərmişdir ki, sonradan alman pilotun vaxtını üstəıləmək heç bir pilota nəsib olmamışdır. Bununla belə, Audi komandasının pilotları Mattias Ekstrem və Ceymi Qrin ikinci və üçüncü nəticəni göstərərk, müvafiq olaraq şənbə günü keçirilən yarışı birinci və ikinci cərgədən başlamaq hüququnu əldə etmişdirlər.
Çempionatın lideri olan və ikinci sərbəst yürüşlərə başçılıq etmiş Robert Uikkens (Mercedes-Benz) dördüncü yerlə kifayətlənməli olmuşdur.
Kanadalı sırlamalarda həmyerlisi olan BMW komandasının pilotu Bruno Spenqleri üstələmişdir.
İlk sərbəst yürüşlərdə liderlik edən Edoardo Mortara yalnız altıncı nəticəni göstərə bilmişdir. Pol di Resta səkkizinci, Lukas Auer (hər ikisi -Mercedes-Benz) isə doqquzuncu olmuşdurlar. İlk onluğu tamamlayan pilotlar Mayk Rokkenfeller və Niko Müller (hər ikisi - Audi) olmuşdurlar.
Görünən odur ki, Bavariya komandasının pilotları Norisrinqdə güclü problemlə qarşı-qarşıya qalmışdırlar.
Timo Qlok, Auqusto Farfus, Marko Vittmann və Maksim Matren 11-ci yerdən 14-cü yerə kimi sıralanmışdırlar.