Bazar günü keçirilən üçüncü sərbəst yürüşlərin ən sürətli pilotu Mercedes-Benz komandasının Şotlandiyalı pilotu Pol di Resta olmuşdur. Di Resta ən yaxşı nəticəni sərbəst yürüşlərin son saniyələrində göstərmişdir. Norisrinqdəki dövrəni 48,182 saniyəyə başa vuran şotland pilot, Audi pilotu Timo Şayderi 0,034 saniyə üstələyərək ikinci yerə salmağa müvəffəq olmuşdur.
Ümumiyyətlə, həftəsonu keçirilmiş üçüncü sərbəst yürüşlər Audi və Mercedes pilotlarının mübarizəsi ilə yadda qalmışdır. Ənənəvi olaraq Norisrinqdə sürətli olan Mercedes komandasının pilotları sərbəst yürüşlərin ortalarına kimi günün protokoluna başçılıq etmişdirlər. Audi pilotları ilk onluqda yer almağı bacarsalarda günün ən yaxşı nəticəsini yalnız yarışın son 10 dəqiqəsində göstərməyə müvəffəq olmuşdurlar. Əvvəlcə protokola Mattias Ekstrem başçılıq etsə də, yürüşlərin bitməsinə saniyələr qala Timo Şayder komanda yoldaşını üstələyə bilmişdir.
Saniyə ölçənin sıfırlanmasından və yürüşlərin bitməsini bildirən damalı bayraqdan sonra finiş xəttini keçən Pol di Resta günün ən sürətli zamanını göstərmişdir. BMW komandasının pilotları arasında ən sürətli pilot beşinci nəticəni göstərmiş Marko Vittmann olmuşdur.
Vittmandan başqa ilk onluğa daxil olmağı bacaran digər BMW pilotu Antinio Feliks da Koşta olmuşdur. Portuqaliyalı liderdən 0,212 saniyə geridə qalaraq doqquzuncu nəticəni göstərməyi bacarmışdır.
Sərbəst yürüşlərdən də göründüyü kimi, bu gün keçiriləcək ikinci sırlama turlarında poul uğrunda mübarizə Mercedes və Audi pilotları arasında gedəcəkdir.
Norisrinqdə problemlər yaşayan BMW komandasının pilotları birinci onluğa daxil olmaq üçün şanslarını sınayacaqlar.