DTM çempionatının Avstriyada keçirilən mərhələsinin bazar günü baş tutmuş sıralama turlarının qalibi Audi komandasının britaniyalı pilotu Ceymi Qrin olmuşdur. Gərgin mübarizə şəraitində keçmiş sıralama turlarının bitməsinə iki dəqiqə qalmış Audi pilotu böyük üstünlüyə malik olan BMW pilotlarını üstələyə bilmişdir. Sürətli dövrəsini 1:22,680 vaxtla başa vuran Qrin BMW pilotlarının təsnifat mərhələsindəki hegemonluğuna son qoya bilmişdir.
Ceymi Qrin ikinci yer tutmuş Antoniu Feliks da Koştanı 0,002 saniyə üstələyə bilmişdir. Startda üçüncü yerin sahibi digər BMW pilotu Timo Qlok olmuşdur. Ümumilikdə, Bavariya istehsalçısının bütün pilotları ilk onluqda yer almışdırlar. Sıralama turlarında ilk beşliyə daxil olmağı bacaran Münhündən olmayan pilot, İnqolştat təmsilçisinin italyan pilotu Edoardo Mortara olmuşdur. İtalyan pilot 1:22,812 vaxtla beşinci yerə sahib olmuşdur.
BMW pilotları Maksim Marten - dördüncü, Auqusto Farfus - altıncı, Bruno Spenqler - yeddinci, Tom Blomkvist isə səkkizinci yerdən start alacaqdırlar. İlk onluğu tamamlayan pilotlar Mayk Rokkenfeller (Audi) və Marko Vittmann (BMW) olmuşdurlar.
Qeyd etmək lazımdır ki, sıralama turlarının nəticələri çox sıx olmuşdur - 24 pilot 0.640 saniyə arasında yerlərmişdirlər.
Buna baxmayaraq, Mercedes-Benz komandasının sıralama turlarındakı çıxışını fəlakət adlandırmaq olan - Ştutqart komandasının ən yaxşı nəticə göstərmiş pilotu 15-ci nəticə ilə Robert Uikkens olmuşdur. Çempionatın lideri olan Pol di Resta isə, bu gün sonuncu 24-cü yerdən start alacaqdır.
Görünən oldur ki, yarış BMW pilotlarının üstünlüyü ilə keçəcəkdir. Onlara qələbəni qazanmağa mane olacaq pilotların yalnız Ceymi Qrin və Edoardo Mortara olacağını söyləmək olar. İstənilən halda, bizi bu günki yarışda gərgin mübarizə və həyəcanla dolu maraqlı yarış gösləyir.