Bu gün keçirilmiş sıralama turlarında BMW komandasının pilotları Marko Vittmann və Tom Blomqvist yarışı ilk sıradan başlamaq hüququnu əldə etmişdirlər. Keçmiş dünya çempionu Marko Vittmann dövrəni 1:22,795 zaman ilə başa vuraraq poul uğrunda mubarizənin qalibi olmuşdur. Vittmann ilə ilk sıradan start alacaq komanda yoldaşı Tom Blomkvist poulun sahibindən 0,019 saniyə yavaş olmuşdur. Start xəttindəki ikinci cərgədən Audi pilotları Ədriən Tambe və Edoardo Mortara yarışa başlayacaqdırlar.
Üçüncü yerdən start alacaq Ədriən Tambe dövrəni 1:22,903 zamanla başa vuraraq liderdən 0,108 saniyə yavaş olmuşdur.
Start düzlüyündəki növbəti üç yeri yenə də BMW komadasının pilotları Timo Qlok, Maksim Marten və Antoniu Feliks da Koşta sahib olmuşdular. Ümumiyyətlə, sıralama turları BMW pilotlarının üstünlüyü ilə keçmişdir. İlk mərhələdən sonra əlavə ballast almış Audi və Mercedes avtomobillərinin pilotları bavariyalılara qarşı mübarizə aparmaq şansları o qədər də yüksək deyildi.
Buna baxmayaraq, Audi pilotları ikinci cərgəni tamamilə tutmağa müvəffəq olmuşdurlar.
Mercedes-Benz komandasının pilotları arasında sırlama turlarında ən yaxşı nəticəni göstərmiş pilot çempionatın hazırki lideri Pol di Resta olmuşdur. Dövrəni 1:22,998 zamanla başa vuran şotlandiyalı səkkizinci yerdən start alacaqdır.
Sıralama turlarında ilk onluğa daxil olmağa bacarmış iki pilot BMW komandasının alman pilotu Matrin Tomçik və Audi komandasının isveçli pilotu Mattias Ekstrem olmuşdur.
Sıralama turlarındakı qüvvələr nisbətini nəzərə alsaq, bu günki yarışda qalib gəlməyə ən çox şansı olan pilotların BMW komandasının pilotlarının olduğunu söyləmək olar.