DTM çempionatının dördüncü yarışının qalibi keçmiş Formula 1 pilotu Timo Qlok olmuşdur. Şənbə günü keçirilmiş yarışa nisbətən bazar günü baş tutan yarış dah maraqlı və həyəcanverici olmuşdur. BMW komandasının alman pilotu finişdə, ikinci yer tutmuş Audinin isvec pilotu Mattias Ekstremi 2,2 saniyə üstələmişdir. Podiumun sonuncü pilləsinə, bazar günki sıralamalarda poulu qazanan Ceymi Qrin qalxmiş oldu. Günün birinic yarısında keçirilmiş sıralama turları bizə qarşıda maraqlı yarış olacağından xəbər verirdi.
Şübhəsiz, bu yarışın əsas iştirakçılarının sıralamalarda ilk iki cərgəni zəbt etmiş BMW və Audi pilotlarının olacağı məlum idi. Qırmızı işıqların sönməsi ilə irəli atılan Timo Qlok əvvəlcə öz komanda yoldaşı Antonio Feliks da Koştanı, bir dövrə sonra isə yarışa liderlik edən Ceymi Qrini keçməyə müvəffəq olmuşdur.
Alman pilot öz rəqibləri ilə aranı açmağa çalışsa da, Niko Müllerlə Robert Uikkensin toqquşmasından sonra trekə çıxan təhlükəsizlik avtomobili onu bu şansdan məhrum etdi. Bu hadisədən sonra Niko Müller yarışı tərk etməli, onu çınqıllığa göndərən Uikkens isə pitdən keçmə cəzasını almış oldu.
Restartdan sonra Qlok liderliyini qoruya bildi. Ceymi Qrini təqib edən Feliks da Koşta isə Mortara tərəfindən keçilmiş oldu. Döngələrin birində səhvə yol verən portuqaliyalı pilot komanda yoldaşları Auqusto Farfus və Maksim Martenə keçilmiş oldu. Pit-stoplar dalğası 20 dövrədə başladı və liderlərdən pit-stopa birinci yollanan Timo Qlok oldu. Lakin, pit-stoplar status-kvonu dəyişmədi - Qlok liderliyini qoruyub-saxladı, Qrin isə ikinci oldu.
27-ci dövrədə Mortara ilə Feliks da Koştanın qəzasından yaralanan Mattias Ekstrem üçüncü yerə yüksəlmiş oldu. Edoardo Mortaranın diqqətsizliyi onu pilotlar çempionatındakı liderlikdən məhrum etmiş oldu.
İnsident nəticəsində isveçrəli pilot yarışı tərk etməli, Feliks da Koşta isə peletonun axırlarına düşmüş oldu. Pol di Restanın ilk onluq xaricində yarışı tamamladığını nəzərə alsaq, italyan pilotun liderliyi ələ keçirmək şansı çox yüksək idi.
Yarıışın bitməsinə beş dəqiqə qalmış Ekstrem Ceymi Qrinə çataraq onu keçmiş oldu və dərhal hücuma keçərək lideri yaxalamağa cəhd göstərdi.
Lakin, vaxtın azlığı ona məqsədinə çatmağa imkan vermədi. İlk üçlüyün arxasınca finiş görən dörd pilot BMW komandasının üzvləri Auqusto Farfus, Maksim Marten, Tom Blomkvist, və üçüncü yarışın qalibi Marko Vittmann olmuşdu. Mayk Rokkenfeller, Bruno Spenqler və Timo Şayder ilk onluğu tamamlayan pilotlar oldular.
Mercedes pilotlarının sıralamalardakı uğursuzluqları yarışa da siraət etdi. Ştutqart istehsalçısının ən yaxşı nəticə göstərən pilotu 12-ci yeri tutmuş Daniel Xunkadelya oldu. Çempionatın lideri Pol di Resta 24-cü yerdən ancaq 15-ci yerə qədər yüksəlmiş oldu.
Keçirilmiş dörd yarışdan sonra, pilotlar çempionatında ilk sıranı 43 xalla Pol di Resta tutur. Onu 40 xalla Edoardo Mortara təqib edir. Bazar günü keçirilən yarışın qalibi olmuş Timo Qlok 37 xalla üçüncülüyə yüksəlmişdir. Komandalar çempionatında liderliyə 72 xal toplamış BMW team RMG komandası yüksəlmişdir. İkinci yerdə liderdən bir xal geridə qalan BMW Team RBM komandası qərarlaşmışdır. Komandalar arasında üçüncü yeri 60 xalla Audi Sport Team Abt Sportsline komandası tutur. Markalar çempionatında ilk yeri 203 xalla BMW tutur. İkinci yerə 108 xal toplamış Audi yüksəlmişdir. Mercedes-Benz 93 xalla bu çempionatın autsayderidir.
DTM çempionatının növbəti mərhələsi 3-5 iyun tarixlərində Şərqi Almaniyanın Brandenburq əyalətində yerləşən Lausitzrinqdə keçiriləcəkdir.