BMW komandasının britaliyalı pilotu Tom Blomkvist beşinci gün Şpilberqdəki Red Bull Rinq trekində ilk sərbəst yürüşlərin ən sürəli pilotu olmuşdur. Britaniyalı pilot 30 dəqiqəlik sessiya zamanı 1,24 dəqiqənin altında vaxt göstərən yeganə pilot olmuşdur. O, 1:23,940 vaxtı ilə liderliyə yüksələrək, onu təqib edən Audi pilotu Edoardo Mortaratı istələyə bilmişdir. Blomqvist ilə Morata arasındakı zaman fərqi 0,101 saniyə olmuşdur. Sərbəst yürüşlərin üçüncü nəticəsini keçmiş Formula 1 pilotu və hazırda BMW komandasının rənglərini müdafiə edən Timo Qlok tutmuşdur.
Mercedes-Benz pilotu Maksimilian Götz 1:24,330 zamanla ilk üçlüyün arxasında dördüncü sətri tutmağa müvəffəq olmuşdur. O, günün liderinə 0,389 saniyə uduzmuşdur.Alman sürücünün ardınca onun həmyerlliləri Mayk Rokkenfeller (Audi) və Marko Vittmann (BMW), kanadalı Bruno Spenqler, və portuqaliyalı Antoniu Feliks da Kosta (hər ikisi də - BMW) qərarlaşmışdırlar.
Avstriyanın yeganə təmsilçisi olan Lukas Auer ancaq doqquzuncu yerə sahib olmuşdur. Auer Blomqvistdən 0,702 saniyə geridə qalmışdır. İlk onluğu Audi komandasının isveç pilotu Mattias Eksterm tamamlamışdır. Pilotlar çempionatında turnir cədvəlinə başçılıq edən Mercedes-Benz komandasının şotland pilotu Pol di Resat ancaq 15-ci nəticəni göstərə bilmişdir.