DTM çempionatının Avstriyadakı növbəti mərhələsinin ikinci günü keçirilən üçüncü sərbəst yürüşlər Audi komandasının pilotlarının üstünlüyü ilə başa çatmışdır. Inqolştat istehsalçısının pilotları Edoardo Mortara, Ceymi Qrin və Timo Şayder ilk üçlüyü bölüşən idmançılar olmuşdurlar. Günün ən yaxşı nəticəsini Audi komandasının italyan pilotu Edoardo Mortara göstərmişdir. Ən sürətli dövrəsini 1:22,854 zamanıı ilə başa vurmuş Mortara, ikinci yeri tutan Ceymi Qrindən 0.105 saniyə yeyin olmuşdur.
İlk üçlüyün arxasında yer alan pilot, yenə də İnqolştat təmsilçisinin komandasının üzvü olan keçmiş dünya çempionu Mayk Rokkenfeller olmuşdur. Rokki ən sürətli dövrəsində 1:22,857 vaxt göstərərək günün liderinə 0,203 saniyə uduzmuşdur. Günün beşinci nəticəsini pilotlar çempionatının lideri olan Mercedes-Benz komandasının şotland pilotu Pol di Resta göstərmişdir. Şotlandiyalı pilot öz növbəsində liderdən 0,284 saniyə geridə qalmışdır.
Üçüncü sərbəst yürüşlərdə BMW komandasının pilotları arasında ən uğurla çıxış edən pilot britaniyalı Tom Blomkvist olmuşdur. O, dövrəni 1:22,941 zamanla başa vuraraq altıncı nəticəni göstərməyə müvəffəq olmuşdur. İlk onluğa daxil olan pilotlar Mattias Ekstrem, Ədriən Tambe, Niko Müller (hər üçü - Audi) və Mercedes-Benz komandasının debütant pilotu Esteban Okon olmuşdur.
İlk onluğun xaricində qalan pilotlar əsasən BMW M4 DTM və Mercedes-AMG C63 DTM avtomobillərində çıxış edən pilotlar olmuşdurlar.