Mövsümün Zandvort trekində keçirilən onuncu yarışı Audi komandasının britaniyalı pilotu Ceymi Qrinin qələbəsi ilə nəticələnmişdir. Britaniyalı pilot təsnifat mərhələsində əldə etdiyi poulu qələbəyə çevirməyı müvəffəq oldu. Yarışın ilk anlarında Qrin həmyerlisi Qəri Paffettin hücumuna məruz qalsa da, ilk döngəyə lider girməyi bacardı.

Qırmızı işıqların sönməsi ilə yerindən güllə kimi götürülən Robert Uikkens (Mercedes-Benz) əvvəlcə Edoardo Mortaranı (Audi), sonra isə komanda yoldaşı Kristian Fitorisi geridə qoymuş oldu. Bundan iki dövrə sonra kanadalı Qəri Paffettə çataraq onu keçmiş oldu.

Elə bu zaman döngələrin birində Auqusto Farfusdan (BMW) zərbə alan Timo Şayder (Audi) yarışı tərk etmək məcburiyyətində qaldı. Yarışın stüardları Farfusu qəzaya səbəb olduğu üçün pitdən keçmə ilə cəzalandırdılar.

On birinci dövrədə Qrini yaxalayan Uikkens britaniyalıya hücum etsə də, onun cəhdi uğursuzluqla nəticələndi. Bir dövrə sonra hər iki pilot pit-stopa gedərək təkərlərini dəyişmiş oldular. Eyni zamanda Vittmann, Blomkvist və Feliks da Kosta da pit-stopa yollandılar. 21 dövrəyə Ekstrem, Rokkenfeller və Molinadan başqa hər kəs pit-stopa girmiş oldu.

Pit-stopdan çıxdıqdan sonra Mercedes pilotu Daniel Xunkandelyanın arxasına düşən Qrin bir qədər zaman itirmiş oldu ki, bundan da yararlanan Robert Uikkens oldu. Komanda yoldaşının köməyi sayəsində Robert Ceymi Qrinə yaxınlaşaraq ona təzyiq göstərməyə başladı. Lakin, Qrin Xunkandelyanı ötərək bu təzyiqdən yaxa qurtardı. Bu dəfə isə Uikkensi yavaşlatmaq növbəsi Ədriən Tambeni əvəzləyən Rene Rasta (Audi) gəldi. Qrinin işini asanıaşdıran digər amil qarşısında komanda yoldaşı Mayk Rokkenfellerin olması idi.

Beləliklə, Ceymi Qrin Uikkenslə ara məsafəsini saxlamaq şansını əldə etmiş oldu. Yarışın sonlarına yaxın zamanda texniki problemlə üzləşən Uikkens yarışı tərk edərək Qrinə rahat nəfəs aldırmış oldu. Uikkensin yarışı tərk etməsi ilə Qəri Paffett ikinciliyə yüksəldi. Lakin, Uikkensin yarışı tərk etməsi Ştutqart istehsalçısının yeganə itkisi olmadı - bir müddət sonra üçüncü yerdə yarışı davam etdirən Kristian Fitoris də təkərin deşilməsi üzündən yarışı tərk etmiş oldu. Bundan istifadə edən Edoardo Mortara Fitorisi keçərək üçüncülüyə yüksəldi.

Yarışın 25-ci dövrəsində Feliks da Kosta Esteban Okona çətin anlar yaşatdı - trekdən kənara çıxan Okon yenidən yarışa qayıtdi. Yarışın ən gözlənilməz anı isə, bu iki pilotu təqib edən Maksimilyan Getzin arxa təkərinin açılıb-çıxması oldu.

Ceymi Qrin rahatlıqla finiş xəttini keçərək Zandvortda qələbə çalımı. oldu.

Onun həmyerlisi Qəri Paffett ikinci, komanda yoldaşı Edoardo Mortara isə üçüncü olaraq damalı bayrağı gördülər. Çempionatın lideri Marko Vittmann dördüncü, Niko Müller isə beşinci yerdə yarışı tamamladılar.

Beləliklə, çempionatın onuncu yarışından sonra pilotlar çempionatına 105 xal toplamış Marko Vittmann başçılıq edir. Zandvortda qazandığı qələbə sayəsində Ceymi Qrin 98 toplayaraq ikinci yerə yüksəlmiş oldu. Onu 88 xalla komanda yoldaşı Edoardo Mortara təqib edir.

Komandalar çempionatına 153 xalla BMW Team RMG komandası başçılıq edir. Onu 146 xalla Audi Sport Tem Abt Sportsline və 116 xalla BMW Team RBM komandaları təqib edirlər. Markalar çempionatında vəziyyət belədir: 1.BMW - 358 xal, 2.Audi - 348 xal, 3. Mercedes-Benz - 304 xal.

Çempionatın növbəti mərhələsi 19-21 avqust tarixlərində Rusiyanın paytaxtı Moskva yaxınlığında yerləşən Moscow Raceway avtodromunda keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt