Ehtimal etdiyimiz kimi, bu gün keçirilmiş yarışın qalibi Mercedes-Benz komandasının kanadalı pilotu Robert Uikkens olmuşdur. Sıralama turlarında ilk yerdən start almaq haqqını əldə etmiş Uikkens uğurlu başlanğıc edərək Vittmannın (BMW) önündə qalmağı bacardı. Kanadalı yarış boyu rəqiblərlə arasını qoruyaraq liderliyini davam etdirmiş oldu.
Yarışın startı Ədriən Tambe (Audi) və Maksimilyan Getzin (Mercedes-Benz) qəzası ilə yadda qaldı. Startda problem yaşayan Audi RS5 DTM avtomobilinin fransız pilotu qarşısına qəfil çıxan Getzin avtomobilini vurmaq məcburiyətində qaldı. Qəzanın əsas səbəbkarı isə, BMW komandasının alman pilotu Martin Tomçik idi.
Onun Maksimilyan Getzin avtomobilini arxadan vurması zəncirvari qəzanın yaşanmasına səbəb oldu. Nəticədə, stuartlar Tomçiki pitdən keçmə cəzası ilə cəzalandırmış oldular.
Trekə səpilmiş qırıntıların yığılması və Tambe ilə Getzin avtomobillərinin təxliyəsi üçün yarışın rəhbərliyi təhlükəsizlik avtomobilini trekı buraxmalı oldu. Təhlükəsizlik avtomobilinin treki tərk etməsindən sonra Uikkens liderliyini qorumuş oldu. Zandvort trekinin klassik ensiz avtodromlardan olması səbəbindən burada ötmələrin sayı az olur. Bu gün keçirilmiş yarış da istisna olmadı.
Yarış boyu bir neçə ötmə oldu ki, Bruno Spenqlerin (BMW) və Timo Şayderin (Audi) Timo Qloku (BMW) ötməsi oldu. Sonradan Qlok yaşadığlı texniki problemlər üzündən yavaşlayaraq bir çox pilota keçilmiş oldu. Yarışın sonlarında Qəri Paffett üçüncü yer uğrunda mübarizədə Kistian Fitorisi keçsə də, sonradan alman pilot kanadalını üstələyərək yerini qaytarmış oldu. Yarışa rəngarənglik qatan hadisələrdən biri də Auqusto Farfusun trekdən çıxaraq baryerlərlə toqquşması oldu.
Qəza səbəbi ilə dalğalanan sarı bayraqlara və elan edilən aşağı sürət zonasına məhəl qoymayan Niko Müller pitdən keçmə cəzası almış oldu.
Lakin bu cəza, bu gün alınan yeganə cəza deyildi - stuartlar aşağı sürət zonasında sürət həddini pozan Edoardo Mortaranı da pitdən keçmə cəzası ilə cəzalandırdılar. Yarışı altıncı yerdə davam etdirən Mortara xal toplamaq şansını itirərək, pilotlar çempionatındakı ikinci yerini Uikkensə vermiş oldu.
Beləliklə, yarışın qalibi Robert Uikkens əldə etdiyi xallar (83) nəticəsində turnir cədvəlində ikinci yerə qalmış oldu.
Yarışı ikinci yerdə tamamlayan Vittmann 93 xalla liderliyini davam etdirir. Edoardo Mortara isə 73 xalla üçüncü yerdə qərarlaşmışdır.