Bu gün keçirilən sərbəst məşqlərdə günün ən sürətli pilotu Mercedes-Benz komandasının alman pilotu Kristian Firtoris olmuşdur. Alman pilot sessiyanın sonlarında dövrəni 1:31,569 zamanla başa vuraraq ilk sırada qərarlaşmışdır. Dünən yarışın başlanğıcında qəza nəticəsində qolundan zədə almış Ədriən Tambeni Rene Rast əvəzləmişdir.
Sessiyanın sonlarına yaxın Audi RS5 DTM avtomobillərində çıxış edən pilotların üstünlüyə malik olmasına baxmayaraq, Fitoris ikinci nəticəni göstərmiş Audi komandasının ispan pilotu Migel Molinanı 0,158 saniyə üstələmişdir. İnqolştat istehsalçısının pilotları üçüncü yerdən altıncıya kimi olan yerləri tutmağa müvəffəq olmuşdurlar. Niko Müller, Mattias Ekstrem, Ceymi Qrin, Edoardo Mortara dünənki yarışın qalibi Robert Uikkensi qabaqlamışdırlar.
Öz növbəsinə Uikkens günün liderinə 0,486 saniyə uduzaraq yeddinci nəticəni göstərmişdir.Səkkizinci nəticəni Pol di Resta (Mercedes-Benz), doqquzuncu nəticəni isə Bruno Spenqler (BMW) göstərmişdirlər. İlk onluğu tamamlayan pilot Audi komandasının alman pilotu Timo Şayder olmuşdur.
Bu gün pilotlar 10-cu yarışın start düzülüşünü təyin edəcək sıralama turlarında iştirak edəcəklər. Görünən odur ki, poul uğrunda mübarizə Mercedes və Audi pilotları arasında olacaqdır. Sıralamalardan bir neçə saat sonra həftə sonunun son yarışı baş tutacaqdır.