DTM çempionatında iştirak edən Audi Sport komandası yeni mövsümdə çıxış edəcək pilotlar tərkibini açıqlamışdır. Məlum olduğu kimi, yeni mövsümdə çempionatda iştirak edən Audi, BMW və Mercedes-Benz komandalarınin hər biri altı avtomobillə yarışacaqdırlar.

Mercedes-Benz şirkətini bu çempionatda HWA komandası təmsil edəcəkdir. Digər iki komanda  - Mucke və ART komandaları çempionatı tərk etmişdirlər. BMW şirkətinə gəldikdə isə, bavariyalıların şərəfini RMG və RBM komandaları qoruyacaqdırlar. Schnitzer və MTEK komandaları isə alman istehsalçısını digər çempionatlarda təmsil edəcəkdirlər.Rəqiblərindən fərqli olaraq Audi Motorsport komandalara toxunmamışdır. Əvvəlki kimi, İnqolştat itehsalçısını Abt Sportsline, Phoenix və Team Rosberg komandaları təmsil edəcəkdirlər. Yeganə fərq Abt komandasının dörd deyil, iki pilot ilə iştirakındadır. Abt Sportsline komandası yarışmağa Mattias Ekstrem və Niko Müllerlə davam edəcəkdir.

Phoenix komandasında Mayk Rokkenfeller və Loik Dyuval çıxış edəcəkdirlər. Rosberg komandasının rənglərini Rene Rast və Ceymi Qrin qoruyacaqdırlar. 

Diter Qass, Audi Sport komandasının rəhbəri: «Abt, Rosberg və Phoenix komandalarının liderləri Ekstrem, Qrin və Rokkenfeller olacaqdırlar. Pilot və komandaların belə bölüşdürülməsi əvvəl çox məhsuldar olmuşdur. Bizim gənc pilotumuz olan Niko Müller Edoardo Mortaranın yolu ilə davam edəcək, Rene Rast və Loik Düval isə öz komanda yoldaşlarından istifadə edərək təcrübə toplamağa çalışacaqdırlar».