Audi komandası 2017-ci ilin mövsümündə istirak edəcək yeni avtomobillərinin livreyalarını təqdim etmişdir.
Bildiyimiz kimi, İnqolştat istehsalçısı yeni mövsündə üç komanda ilə təmsil ediləcəkdir. Bunlar Abt Sportsline, Phoenix və Rosberg Racing komandalarıdır. Audi rəhbərliyi, titul uğrunda mübarizədə şansını yüksəltmək üçün mühəndis kollektivini yenidən təşkil etməyə üstünlük vermişdir. Beləliklə, yeni mövsümdə iştirak edəcək Audi RS5 DTM modelləri növbəti rənglərə malik olacaqdırlar.
Xatırladaq ki, yeni Audi RS5 DTM modelinin rəsmi təqdimatı mart ayında keçirilmiş Cenevrə avtosalonunda baş tutmuşdu.

Mattias Ekstrem. Red Bull Audi RS5 DTM. Audi Sport Team Abt Sportsline

Niko Müller. Playboy Audi RS5 DTM. Audi Sport Team Abt Sportsline

Loik Dyuval. Castrol EDGE Audi RS5 DTM. Audi Sport Team Phoenix

Mayk Rokkenfeller. Schaeffler Audi RS5 DTM. Audi Sport Team Phoenix

Rene Rast. Auto Bild Motorsport Audi RS5 DTM. Audi Sport Team Rosberg

Ceymi Qrin. Hoffmann Group Audi RS5 DTM. Audi Sport Team Rosberg