Mercedes-Benz komandasının pilotu Robert Uikkenz Hokkenhaymda keçirilən mövsümöncəki testlərin üçüncü günü ən yaxşı vaxtı göstərmiş pilot olmuşdur.

Səhər, havanın sərin olduğu bir şəraitdə, test iştirakçıları diqqətlərini tənzimələrlə işləməyə və qısa dövrələr vurmağa cəmləmişdirlər.

Günortadan sonra onlar yarış məsafəsində işləməyə üstünlük vermişdilər. Uikkenz özünün ən yaxşı dövrəsini 1.30,517 zamanı ilə başa vuraraq, ən yaxın təqibçisi olan Audi pilotu Ceymi Qrini 0,348 saniyə üstələmişdir. Öz növbəsində britaniyalı pilot komanda yoldaşı isveçrəli Niko Müllerdən 0,015 saniyə yeyin olmuşdur. Günü protokolunda dördüncü yeri Lucas Auer (Mercedes-Benz), beşinci yeri isə DTM çempionatına qayıtmış Maro Engel tutmuşdur. BMW komandasının ən sürətli pilotu altıncı yerdə qərarlaşan Auqusto Farfus olmuşdur. Braziliyalı Uikkenzdən 0,937 saniyə geridə qalmışdır. Onun ardınca sıralanan pilotlar Pol di Resta, Loik Dyuval və Bruno Spenqler olmuşdurlar.

Qüvvədə olan dünya çempionu Marko Vittmann səhər trekdə görünməmişdir. Nahardan sonra testlərə qatılan alman pilot dördüncü nəticəni göstərsə də, sonunda onuncu olmağı bacarmışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt