DTM çempionatının yeni mövsümünün başlanmasına altı həftə qalmış Mercedes komandası özünün pilot tərkibini elan etmişdir. Ştutqart istehsalçısı yeni texniki reqlamentin qüvvəyə minməsi ilə əlaqədar Portimao və Vallelunqada testləri həyata keçirmişdir.

Altı avtomobilin HWA komandasını təmsil etdiyinə baxmayaraq, Mercedes pilotları cütlüklərə ayırmışdır.

Beləliklə, Qari Paffett və Robert Uikkenz Mercedes-AMG Motorsport/Mercedes Me, Mario Engel və Pol di Resta - Mercedes-AMG Motorsport SİLBERPFEİL Energy, keçən ilin vitse-çempionu olmuş Edoardo Mortara və Lukas Auer isə Mercedes-AMG Motorsport BWT təmsil edəcəkdirlər. 

Ulrix Frits, Mercedes-AMG Motorsport DTM komandasının rəhbəri: «Biz bir komanda kimi işləsək də, adətən yoldaşlar arasında gərgin münasibətlər olur. Xoşbəxtlikdən bizim yaxşı hazırlanmış kollektivimiz vardır və üç komanda sayəsində qarşıdan gələn mövsümdə titul uğrunda mübarizə aparmaq niyyətindəyik».

DTM-in yeni mövsümə 7 may tarixində Hokkenhaymda start veriləcəkdir.