14-16 mart tarixlərində İtaliyanın Vallelunqa avtodromunda DTM çempionatının mövsümöncəsi testləri keçmişdir. Testlərdə 2017-ci ilin texniki tələblərinə tam uyğun olan avtomobillər iştirak etmişdirlər.
Audi komandasında testlərin proqramı Mattias Ekstrem və Ceymi Qrin arasında bölünmüşdü.
İlkin olaraq Audi RS5 DTM avtomobilinin sükanı arxasına isveç pilot keçmişdir. Çərşənbə axşamı Ekstrem 760 kilometrlik sınaq yürüşünü həyata keçirmişdir. «Biz gün ərzində müxtəlif tapşırıqları yerinə yetirdik. Bunların arasında qısa və uzun dövrələr, təsnifat mərhələsinin simulyasiyası və moxsaylı tənzimləmələr variantları vardı, -söyləyən Ekstrem gördüyü işlər haqqında məlumat vermişdir. - Yeni DTM avtomobilləri pilotlara qarşı daha tələbkarlıdırlar.
Bundan başqa, yumşaq şinlərlə yeni aerodinamika arasında ideal kompromisi tapmaq çox çətindir».

Çərşənbə günü trekdə Ceymi Qrin işləmişdir. Ekstrem isə cümə axşamı yenidən testlərə qatılmışdır. Mercedes komandası testlədə Robert Uikkens, Qəri Paffett və Edoardo Mortara ilə qatılmışdır. Ştutqart təmsilçilərinin proqramının əsas hissəsini şinlərlə iş təşkil etmişdir.
«Biz böyük həcmdə işləri yerinə yetirərək çoxlu sayda faydalı məlumat toplamağa müvəffəq olduq. Bu müddət ərzində 200 dövrədən artıq məsafə qət etmək həqiqətən yaxşı göstəricidir», - söyləyən Qəri Paffett Mercedes pilotlarının arasında ən sürətli pilot olmuşdur.

BMW Motorsport komandası sınaqlar proqramını Maksim Marten ilə Tom Blomqvistin arasında bölmüşdür. Hər iki pilot trekdə bir gün yarım keçirərək yeni qaydaların BMW M4 DTM avtomobilinə göstərdiyi təsirə qiymət vermək üzərində diqqətlərini cəmləmişdirlər.
Mövsümöncəsi son testlər 3-6 aprel tarixlərində Hokkenhaymda keçiriləcəkdir. Xatırladaq ki, bu mövsümün ilk yarışı ənənəyə uyğun olaraq elə Hokkenhaymdakı avtodromda keçiriləcəkdir. Elə həmin ənənəyə uyğun olaraq Hokkenyam treki həmçinin çempionatın son yarışını da qəbul edir.