DTM seriyasının rəhbərliyi 2017-ci ilin çempionatının yarış formatını dəyişmək qərarına gəlmişdir. Bu barədə məlumatı Autosport saytı xəbər yaymışdır.
DTM çempionatını izləyənlər həftə sonunda iki yarışın keçirildiyindən xəbərdardılar. Şənbə günü keçirilən yarış 40 dəqiqəlik pit-stop həyata keçirilməyən yarışdan ibarət idi. Bazar gün keçirilən 60 dəqiqəlik yarışda isə, hər bir pilot məcburi şəkildə bir pit-stop etməli idi.
Bu il bütün yarışlar 55 dəqiqə üstəgəl əlavə bir dövrə formatında keçiriləcəkdir. Həftə sonunda həmişəki kimi iki yarış keçiriləcək və hər bir yarışda pilotlar məcburi şəkildə bir pit-stop etməli olacaqdırlar. Eyni zamanda, komandalar təkərlərin qızdırılması üçün gərək olan termo-örtükdən istidafə etməyəcəkdirlər. Bunun əsas səbəbi yeni mövsümdə istifadə ediləcək yumşaq tərkibli təkərlərdir.
Bundan başqa, pit-stop zamanı yalnız iki komanda üzvü boltaçanlardan istifadə edəcəkdir. Bu yenilik pit-stop müddətinin uzadılmasına xidmət edəcəkdir. Eyni zamanda, komandaların reqlamentləşdirilmiş pit-stop pəncərəsi olmayacaqdır. Beləliklə, komandalar nə zaman pit-stop edəcəklərini özləri təyin edəcəkdirlər.
«Yeni yarış formatı yaradıcı strategiyaların meydana gəlməsini həvəsləndirəcəkdir. Bu yolla biz yarışların baxımlılığını artırmaq niyyətindəyik», - dəyən İTR şirkətinin direktorlar şurasının üzvü Florian Zitzlşperger izahat vermişdir. Xatırladaq ki, İTR şirkəti DTM çempionatının promouteri olan təşkilatdır.