DTM çempionatının təşkilatçıları növbəti mövsüm üçün nəzərdə tutulmuş təqvimi dərc etmişdirlər. Keçən il olduğu kimi, gələn mövsümdə də hər biri iki yarışdan ibarət olan dooquz mərhələ keçiriləcəkdir.

Bu mərhələlərdən beşi Almaniyada, qalanları isə Macarıstan, Rusiya, Hollandiya və Avstriyada keçiriləcəkdirlər. Ənənəvi olaraq yeni mövsüm Hokkenhaymrinqdə başlayacaq və sona çatacaqdır. Xatırladaq ki, qaydalarda edilmiş dəyişikliklərə əsasən gələn mövsündə istirak edən avtomobillərin sayı iyirmi dörddən on səkkizə qədər azaldılmışdır. 

Beləliklə, çempionatda iştirak edən Audi, BMW və Mercedes-Benz komandalarının hər biri altı avtomobillə yarışacaqdır. Artlq Audi və BMW komandaları gələn mövsümdə çıxış edəcək pilotlarının adlarını açıqlamışdırlar. Yeganə tərkimi açıqlanmayan komanda Mercedes-Benz şirkətinin komandasıdır ki, yaxın vaxtlarda Ştutqartdan açıqlama gözlənilir.