DTM 2019-cu ildə DRS sistemi ilə yanaşı push-to-pass sistemini tətbiq edəcəkdir. Alman kuzov seriyasının rəhbərliyi bu sistemin ötmələr sahəsində vəziyyəti yaxşılaşdıracağını güman edir. Pilotlar yarış zamanı artırılmış güc rejimindən 12 dəfə istifadə etmək imkanına malik olacaqdırlar. Rejimin aktivləşdirilməsi, silindrlərə çilənən əlavə yanacaq sayəsində mühərrikin gücünü 30 at qüvvəsi artırmağa imkan verəcəkdir. Bu sxemdən IndyCar yarışlarında istifadə edilir.
Hərəkət edən DRS qanadı da avtomobillərdə qalacaqdır, lakin ondan başqa şəkildə istifadə ediləcəkdir. Əvvəllər DRS sistemini rəqibdən bir saniyə geri qaldıqda istifadə etmək olardısa, ind öndəki pilotla ara məsafəsinin üç saniyə olması kifayətdir. Eyni zamanda, son beş dövrədə DRS sistemindən istənilən zaman istifadə etmək mümkün olacaqdır. DTM rəhbərliyi yarışın sonlarında ötmələrin artacağına ümid edir.
Bu il avtomobillərdə quraşdırılan DRS sistemi yeni və daha geniş tək elementli arxa qanaddan ibarət olacaqdır. Belə antiqanaddan Super GT çempionatında istifadə edilir. DTM rəhbərliyi edilmiş dəyişikliklərin avtomobilləri daha yeyin edəcəyindən əmindir. Belə ki, avtomobillərin minimal çəkisi 1000 kiloqramdan az olacaqdır. Seriyanın məlumatlarına görə, yeni aerodinamika avtomobillərə treklərin ən yeyin hissələrində 300 km/saata qədər sürətlənməyə imkan verəcəkdir. Buna misal olaraq, Hokkenhaymrinq trekindəki üçüncü və altıncı döngələr arasındakı qövsləri göstərmək olar.