Alman kuzov seriyası olan DTM çempionatının rəhbərliyi Nürburqrinqdə keçilirmiş mərhələdən sonra çəki fərqlərinə düzəliş edib.

Keçən həftəsonu Mercedes komandası üçün çox uğurlu olmuşdu. Ştutqart təmsilçisinin pilotları hər iki yarışda qalib gəlmişdilər. Bunun əksinə olaraq, hərfəsonu Audi komandası üçün tam fiasko ilə nəticələnmişdi. Əlbəttə, bunun səbəbləri avtomobillərin çəkisindəki fərqlər olub. Audi RS 5 DTM avtomobili peletonda olan ən ağır siluetmiş - 1132 kiloqram. Mercedes-AMG C63 DTM modeli Audi RS 5 DTM’dən 10 kiloqram, BMW M4 DTM modeli isə, ümumiyyətlə, 25 kiloqram yüngül olubdur.

Çempionatın bitməsinə iki mərhələ qalmışdır ki, sonuncudan əvvəlki  mərhələdə  22-24 sentyabr tarixlərində Şpilberqdəki Red Bull Ring avtodromunda keçiriləcəkdir.

Bu mərhələyə Mercedes avtomobilləri 1127 kiloqram çəki ilə yollanacaqdırlar. Eyni çəkiyə 5 kiloqram itirmiş Audi avtomobilləri malik olacaqdırlar. BMW avtomobillərinin çəkisi ilə dəyişilməz qalacaqdır - 1107 kiloqram.

Audi RS 5 DTM: 1132 kq - 5 kq = 1127 kq

Mercedes-AMG C63 DTM: 1122 kq + 5 kq = 1127 kq

BMW M4 DTM: 1107 kq - 0 kq = 1107 kq