BMW şirkəti, DTM çempionatında iştirak edən istehsalçılar arasında birinci olaraq, gələn mövsümdə çıxış edəcək komandasının tərkibini elan etmişdir. Artıq xəbər verdiyimiz kimi, çempionatda hər bir istehsalçı səkkiz avtomobillə iştirak edəcəkdir.
Audi və Mercedes-Benz komandalarına nisbətən bavariyalıların işi daha asandır. Martin Tomçik GT çempionatına, Antoniu Feliks da Koşta isə Formula E çempionatında qərarlaşdığına görə, Bavariya istehsalçısı Marko Vittmann, Bruno Spengler, Auqusto Farfus, Timo Qlok, Tom Blomkvist və Maksim Martenlə davam edəcəkdir.
Eyni zamanda, Schnitzer və MTEK komandalarının çempionatı tərk etməsindən sonra, Bavariya markasını RMG və RBM komandaları təmsil edəcəkdir. RMG komandasında qüvvədə olan dünya çempionu Vittmann, Qlok və Farfus, RBM komandasında isə Blomkvist, Matren və Spenqler çıxış edəcəkdirlər.
Yens Markvardt (BMW Motorsport): “Bizim 2017-ci il üçün nəzərdə tutduğumuz heyət DTM çempionatının ən yaxşı pilotlarından ibarətdir. Əlbəttə, çempion Marko Vittmann digər pilotlar üçün nümunə olacaqdır, lakin bizim qalan beş pilotumuz da dəfələrlə qalib gəlmiş və DTM çempionatında çıxış etmək üçün layiq olduqlarını sübut etmişdirlər. Pilotlar heyətindəki sabitlik bizə ancaq xeyir gətirə bilər. DTM çempionatında təcrübə çox vacibdir”.











