BMW Motorsport komandası 2017-ci ilin DTM çempionatında iştirak edəcək avtomobillərinin yarış livreyasını təqdim etmişdir.

Bildiyimiz kimi, Bavariyalı istehsalçını bu mövsümdə üç komanda təmsil edəcəkdir.

BMW RMG Team komandasında qüvvədə olan dünya çempionu Marko Vittmann və Auqusto Farfus, BMW RBM Team komandasında - Maksim Marten və Bruno Spenqler, və nəhayət iki komandanın birlə.məsindən yaradılmış BMW RMR Team komandasında isə Timo Qlok və Tom Blomkvist çıxış edəcəkdirlər.

Xatırladaq ki, Hokkenhaymda keçirilmiş mövcümöncəsi testdə Bavariya komandasının alman pilotu Timo Qlok ən sürətli pilot olmuşdur.

Marko Vittmann, 11, Red Bull BMW M4 DTM

Auqusto Farfus, 18, Shell BMW M4 DTM

Timo Qlok, 16, Deutsche Post BMW M4 DTM

Bruno Spenqler, 7, BMW Bank BMW M4 DTM

Maksim Marten, 36, Samsung BMW M4 DTM

Tom Blomkvist, 31, BMW Driving Experience BMW M4 DTM