DTM çempionatının təşkilatçıları 2018-ci il mövsümünün yekun təqvimini təqdim ediblər.
Bir müddət bundan öncə dərc edilən ilkin təqvimdə Brents-Hetç avtodromunda keçiriləcək yarış birinci göstərilsə də, yekunda ilk yarışı ənənəyə uyğun olaraq Hokkenhaymrinqdə keçirmək qararı qəbul edilib. Bu avtodromda, həmçinin mövsümün son yarışı keçiriləcəkdir. Böyük Britaniyada keçiriləcək mərhələ isə avqust ayına keçirilib və mövsümün ikinci yarısını açacaqdır. Təqvimə İtaliyanın Misano avtodromu da qayıtmışdır.
Rusiyanın Moscow Raceway avtodromu isə DTM yarışlarını qəbul etmək şansından məhrum edilib.