Bu il Audi komandasının tərkibində vitse-çempion olmuş Edoardo Mortara gələn ildəm Mercedes komandasında çıxış edəcəkdir. Xatırladaq ki, bu il Edoardo Mortara BMW komandasının pilotu Marko Vittmannla çempion titulu uğrunda mübarizə aparmışdır.
«Artıq biz Edoardo Mortara ilə 2017-ci il üçün müqavilə imzaladığımızı bəyan edə bilərik.Edoardo və Mercedes bu keçid barədə çoxdan razılığa gəlmişdi, lakin Audi komandasındakı həmkarlarımıza hörmət əlaməti olaraq, bu ana qədər əldə edilmiş razılıq haqqında məlumat vermirdik», - deyən Mercedes-AMG komandasının DTM çempionatındakı rəhbəri Ulrix Frits məsələyə aydınlıq gətirmişdir. Beləliklə, italiyalı Mercedes komandasının 2017-ci il mövsümünə ilk təsdiq edilmiş pilotu olmuşdur. Yaxın vaxtlarda Ştutqart istehsalçısı gələn il komandada çıxış edəcək qalan beş pilotun adını açıqlamalıdır.