DTM çempionatının Təşkilatçılar şurasının yeni sərdi Gerhard Berger 2017-ci ildə avtomobillərin sayının 18 endirilməsini, alman çempionatının yol verə biləcəyi minimum say hesab edir.
Qarşıdan gələn mövsümdə Audi, BMW və Mercedes-Benz komandalarının hər biri altı avtomobillə çıxış edəcəklər. Son dəfə peletonda 18 avtomobil, BMW komandasının çempionata qayıtmasından öncə, 2011-ci ildə yarışmışdır. “Startda 18 avtomobilin olması normal hal sayılsa da, mənim fikrimcə bu qəti minimumdur. Gələckdə start düzlüyündə daha çox iştirakçı görmək istərdim. Bununla belə, yeni mövsümün maraqlı keçəcəyindən əminəm. Buna reqlamentdə edilən dəyişikliklər kömək edəcəkdir”, - deyən Berger bu məsələ barədə öz fikrini bildirmişdir.
“Mövsüm boyu biz ciddi şəkildə təhlil aparıb seriyanın faktiki vəziyyətini müəyyən edəcəyik. Sonra isə, yaxın illərdəki istiqamətimiz barədə istehsalçılarla fikir mübadiləsi aparacağıq. Bununla belə, azarkeşlərin çempionatdan istədiklərini də müəyyən etmək gərəkdir. Biz çempionatın maraqlarında çıxış etməliyik.
Əgər biz DTM-in platformasını möhkəmləndirə bilsək, bu digər istehsalçılar üçün maraqlı olacaqdır. Mən buna əminəm. Lakin, hal-hazırda biz heç bir danışıqları aparmırıq”, – avstriyalı əlavə etmişdir.