Bu günlərdə DTM çempionatında iştirak edən komandalar Hockenheimring trassasında mövsümün növbəti testlərinə başlamışdırlar. İspaniyanın Monteblanco trassasında keçirilmiş ilk testlərlə müqayisədə Almaniyada təşkil edilmiş sınaq yürüşləri daha genişmiqyaslı olmuşdur. Audi, BMW və Mercedes-Benz komandalarının hər biri dörd avtomobillə çıxış etmişdirlər. Dörd gün davam edəcək testlər İTR-in təşkil etdiyi yeganə mövsümöncəsi test sayılır. Beləliklə, komandaların bütün pilotları sınaq testlərində iştirak etmək imkanı əldə etmişdirlər.
Aprelin 5 tarixində keçirilmiş ilk testlərdə birinci nəticəni BMW komandasının braziliyalı pilotu Auqusto Farfus göstərmişdir. Farfus 1:33,326 dəqiqə vaxtla günü birinci olaraq tamamlamışdır. Braziliyalı pilotun ardınca ikinci yerə Bavariya komandasının digər pilotu - Maksim Marten sahiblənmişdir. Belçikalı pilot Farfusdan 0,326 saniyə yavaş olmuşdur.
Birinci üçlüyü tamamlayan pilot isə Audi komandasının İsveçrəli pilotu Niko Müller olmuşdur. İsveçrəli pilot Farfusdan 0,403 saniyə geridə qalmışdır. Müllerdən sonra yerləri daha iki Audi pilotu tutmuşdur - Migel Molina və Timo Şayder dördüncü və beşinci olmuşdurlar. Altıncı yeri Martin Tomçik (BMW), yeddinci yeri isə Adrien Tambe (Audi) tutmuşdur.
Mercedes-Benz komandasının pilotları arasında ən yaxşı nəticə göstərən pilot Meksimilian Getz olmuşdur. Ümumiyyətlə, Mercedes-Benz pilotları yalnız BMW pilotu Timo Qloku üstələyə bilmişdirlər və 8-cidən başlayaraq 11-ci yerdə qərarlaşmışdırlar.
Testlərin ikinci günü 1:33,214 dəqiqiə vaxtla BMW pilotu Tom Blomqvist birinci nəticəni göstərmişdir. Onun ardınca, günün protokolunda, Audi pilotları Mattias Ekstrem və Mayk Rokkenfeller ikinci və üçüncü nəticəni göstərmişdirlər.
Günün birinci yarısında yağışlı hava şəraitinə ən yaxşı vaxtı Rokkenfeller göstərsə də, günün ikinci yarısında quruyan trekdə Blomkvist alman pilotun göstərdiyi nəticəni keçə bilmişdir. Dördüncü, beşinci və altıncı yerləri Marko Vittmann, Antonio Feliks da Koşta (hər ikisi - BMW) və Ceymi Qrin (Audi) bölüşdürmüşdürlər.
Mercedes-Benz pilotları yenə də uğursuz çıxış etmişdirlər. Maksimilian Getz yeddinci, Lucas Auer doqquzuncu, Esteban Okon onuncu, Daniel Xunkandelya isə on ikinci ola bilmişdirlər.