Bu gün Rusiyanın paytaxtı Moskva yaxınlığındakı Moscow Raceway avtodromunda DTM çempionatının növbəti mərhələsi başlayıb.

Bu gün keçirilmiş ilk sərbəst yürüşlərdə Audi komandasının britaniyalı pilotu Ceymi Qrin günün ən sürəli zamanına imza atıb. Moskvadakı trekdə dövrəni 1.29,287 zamanla başa vuran Qrin sırlamaların protokuluna başçılıq edib. İkinci nəticəni liderə 0,050 saniyə uduzan Mercedes-Benz komandasının britaniyalı pilotu Qəri Paffett göstərib. İki britaniyalını Audi komandasının alman pilotu Mayk Rokenfeller təqib edib. Norisrinqdə qəzaya düşərək zədə alan alman pilot liderdən 0,075 saniyə geridə qalıb.

Dördüncü nəticəni digər bir Mercedes pilotu Pol di Resta göstərib. Şotlandiyalı BMW komandasının braziliyalı pilotu Auqusto Farfusu qabaqlamağa müvəffəq olub. Günü altıncı olaraq çempionatın lideri Mattias Ekstrem (Audi) tamamlayıb. Yeddinci nəticəni Edoardo Mortara (Mercedes-Benz), səkkizinci və doqquzuncu nəticəni isə Audi pilotları Loik Dyüval və Niko Müller göstəriblər. İlk onluğu tamamlayan pilot qüvvədə olan dünya çempionu Marko Vittmann (BMW) olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt