Bu gün Moscow Raceway avtodromunda keçirilmiş ikinci sərbəst yürüşlər Audi pilotlarının üstünlüyü ilə keçib. Sərbəst yürüşlərin sonunda ilk üç yeri Audi pilotları Rene Rast, Mattias Ekstrem və Niko Müller zəbt ediblər.

30 dəqiqləik sərbəst yürüşlərin ilk dəqiqələrindən Mattias Ekstrem Moskva trekində iddialı olduğunu göstərib. Ümumiyyətlə, birinci yer uğrunda mübarizə Audi pilotları arasında gedib. Sessiyanın ortalarında ilk beş nəticəni məhz İnqolştat təmsilçiləri göstəriblər. Ən sürətli pilotlar isə bir-birini əvəz edən Ekstrem və Rast olublar. İlk onluğa düşməyi bacaran BMW pilotlarından ən sürətlisi Timo Qlok olub. Onun komanda yoldaşları Auqusto Frafus və Marko Vittmann müvafiq olaraq 9-cu və 10-cu olublar. Loik Dyüval və Ceymi Qrin beşinci və altıncı, Mercedes pilotları Qəri Paffett və Locas Auer yeddinci və səkkizinci olublar. Bu gün Moskvada birinci yarışın təsnifat mərhələsi bu günki yarışda sıralamanı müəyyən edəcəkdir.