Mercedes pilotu Qəri Paffett, 2017-ci il mövsümündə istifadə ediləcək avtomobillərin yarışları daha baxımlı edəcəyinə ümid etdiyini söyləmişdir.Xatırladaq ki, DTM çempionatında üç alman istehsalçısı – Audi, BMW və Mercedes-Benz şirkətlərinin avtomobilləri iştirak edirlər.
Bu günlərdə Oşersleben (Almanoiya) və Alqarve (Portuqaliya) şəhərlərinin yaxınlığında yerləşən avtodromlarda təkmilləşdirilmiş DTM avtomobillərinin testləri keçirilmişdir. Növbəti test sessiyası isə keçən həftə İspaniyanın Xeres trekində baş tutmuşdu. Qəri Paffett Xeresdə təkmilləşdirilmiş yarış avtomobilini sınaqdan keçirmək şansını əldə etmişdir. “Yeni avtomobillər daha az yerə basma gücünə və şinlərin yol səthi ilə daha yaxşı ilişməsinə malik olacaqdır, - deyən Paffett sözünə davam etmişdir. – Bu pilota öndə gedən avtomobilə yaxınlaşmağa kömək edəcək və yarışların daha həyəcanverici olmasını təmin edəcəkdir. Dəyişikliklər həmçinin strategiyalara da müsbət təsir göstərəcəkdir. Ümumilikdə yeniliklər müsbət effekti təmin etməlidir”.
Paffettlə yanaşı testlərdə Robert Uikkens iştirak etmişdir. Audi komandasının pilotları Mattias Ekstrem və Ceymi Qrin də testlərə qatılmışdılar. “Hazırda inkişafın səviyyəsi barədə danışmaq çox çətindir. Biz yeni həssələrlə təchiz edilmiş hibridləri idarə etsək də, aerodinamik cəhətdən onlar 2016-cı ilin avtomobilləridır. Bu özünəməxsus keçid avtomobilləridir, lakin mən nəticələrdən çox razıyam. Şinlər asfaltla yaxşı təmas edir ki, bu da bizi maraqlı yarışların gözlədiyindən xəbər verir”, - deyən Paffett nəticələrdən məmun olduğunu bildirmişdir.