DTM seriyasının rəhbərliyi Formula 1 çempionatında qrid-qızalrından imtina edilməsindən sonra çempionatın rəhbərliyi və səhmdarları ilə bu məsələni müzakirə edəcəkdir.
2018-ci ilin sonunda Mercedes komandasının çempionatı tərk etməsi kimi vacib problemin və digər məsələlərin olmasına baxmayaraq, bu problemin müzakirə edilməsi anlaşılan deyil. «Əlbəttə ki, ITR rəhbərliyi Formula 1 marketoloqlarının qızlardan imtina etməsini diqqətə alıb, - DTM nümayəndəsi «Speed Week» nəşrinə verdiyi müsahibədə bildirib. - Avtomobil istehsalçıları və bizim tərəfdaşlarla bu mövzunu sakit şəkildə müzakirə edəcəyik. Hokkenhaymdakı yarışın başlanmasına kifayət qədər vaxt vardır».