Yeni mövsümün başlanmasına bir ay qalmış, DTM yarış seriyasının rəhbərliyi çempionatın idman reqlamentinə dəyişikliklər etmişdir. Reqlamentə edilmiş üç əsas dəyişiklik, DTM Komissiyasının bu həftənin ikinci günü Almaniyanın Münhen şəhərində keçirilmiş iclasında təsdiq edilmişdir. Qəbul olunan dəyişikliklər çempionatın daha maraqlı keçməsinə xidmət etməlidir.
Birinici dəyişiklik, çoxsaylı mübahisələrə səbəb olan çəki ballastı qaydalarında aiddir. Məlumdur olduğu kimi, DTM çempionatının hər bir mərhələsi iki sıralama turlarından və iki yarışdan ibarətdir. Bunlardan birincisi altıncı gün, digəri isə bazar günü keçirilir.
Bildiyimiz kimi, çəki həndikapı əvvəlki yarışın nəticələrinə görə tətbiq edilirdi ki, artıq yeni mövsümdə həndikap yarışdan öncə keçirilən sıralama turlarının nəticələrinə əsasən tətbiq ediləcəkdir.
DRS sistemi də edilmiş dəyişikliklərdən nəsibini almışdır. Belə ki, əvvəl də olduğu kimi, hərəkət edən arxa antiqanad sistemini start düzlüyündə avtomobillər arasında zaman fərqinin bir saniyədən az olduğu halda tətbiq etmək mümkündür. Lakin, indi bunu dövrə ərzində məhdud sayda həyata keçirmək olar.
Üçüncü və ən vacib dəyişiklik, tərkibinə çempionatda iştirak edən üç istehsalçının, promouter təşkilatı olan İTR-in və alman yarış ittifaqı DSMB-nin nümayəndələrinin daxil olduğu DTM Komissiyasının BMW komandasına etdiyi müəyyən güzəştlərdir. İş ondadır ki, BMW M4 DTM avtomobilinin konstruksiyasındakı müəyyən məhdudiyyətlərə görə, Bavariya konserninin avtomobilləri Audi və Mercedes-Benz avtomobillərindən geridə qalır. Özü də, 2017-ci ilə qədər bu geridəqalmanı texniki inkişaf sayəsində qapatmaq mümkün deyildir.
Beləliklə, DTM Komissiyası BMW komandasına avtomobillərin çəkisini 7,5 kiloqram azaldaraq 1112,5 kiloqrama salmağa icazə vermişdir. Xatıqladaq ki, Audi və Mercedes-Benz avtomobilləri üçün minimal ağırlıq həddi 1120 kiloqram təşkil edəcəkdir.