Dubay polisi yerli küçə yarışçılarının əlindən səksənə qədər avtomobili tutub-almışdır. Müsadirə edilmiş avtomobillərin sahibləri “məsuliyyətsiz şəkildə avtomobil idarəetməkdə” ittiham edilirlər. Bu barədə xəbəri “Al Arabia” saytı vermişdir. Yerli “pilot”lardan bir neçəsi ümumi istifadə üçün olan yollarda 300 kilometr-saat sürəti ilə hərəkət ediblərmiş. Onlar polisi yanıltmaq üçün qeydiyyat nişanı olmadan və sönmüş fənərlərlə hərəkət edirmişlər.
Dubay polisinin başçısı general-mayor Hamis əl-Müzayin “Al Arabia” saytına verdiyi müsahibədə - “Əmirliyin yol patrulu çoxlu sayda qayda pozanları aşkar edərək 81 avtomobili cərimə meydançasına göndərmişdir”, - deyərək məsələyə aydınlıq gətirmişdir.
Qeyr-qanuni yarışlarda iştirak etmiş sürücülər avtomobillərini qaytarmaq üçün 100 min dirhəm (41200 manat) cərimə ödəməlidirlər. Baykerlər üçün bu məbləğ 50 min dirhəm (20600 manat) təşkil edir. Qayda pozmuş şəxslərin cərimə ödəmək üçün üç ay vaxtları vardır. Cərimə ödənilmədiyi təqdirdə avtomobillər əmirliyin mülkiyyətinə keçəcəkdir.
Xatırladaq ki, Dubai polisinin sərəncamında onlarla ən sürətli avtomobillər vardır. Bunların sırasında Porsche 918 Spyder, Audi R8, Aston Martin One-77, Bentley Continental GT, BMW M6, Bugatti Veyron, Ferrari FF, Ford Mustang, Lamorghini Aventador, McLaren MP4-12C, Mercedes-AMG SL 63, Mercedes-AMG SLS, Mercedes-AMG G63, Nissan GT-R və Lexus RC F avtomobilləri də vardır.