Dubay polisi iki ən nizam-intizamlı sürücünü xalis qızıldan hazırlanmış oyuncaq maşınlar ilə mükafatlandırmışdır. Bu barədə əmirliyin polis xidmətinin saytında məlumat dərc edilmişdir.

Hazırda Dubayda səliqəli avtomobil idarə etməni stimullaşdıran “ağ ballar” sistemi işləyir. Ay ərzındə sürəti yüksəltmədən və digər cərimələr olmadan  avtomobili idarə edən sürücünün hesabına iki xal yazılır. “Ağ ballar” ilə yol hərəkəti qaydalarının xırda pozuntularını “ödəmək” də mümkündür. İl ərzində 24 xal toplamış sürücülər isə, polis departamenti tərəfindən verilən mükafata namizəd ola birlərlər.

Dubay polisi keçən il ərzində 24 xal toplamış 2000 sürücünü mükafatlandırmışdır. Bunlardan 1344 nəfəri kişi sürücülər, 656 nəfəri isə qadın sürücülərdir.  Eyni zamanda, bunlardan yalnız 500 nəfəri Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarıdır.  İki min şəxsin hər biri xüsusi hədiyyələrə layiq görülmüşdür. Qızıaldan olan oyuncaq maşınların kimə qismət olacağını isə püşkçəkmə müəyyən edəcəkdir.