Dubay polisi sürücünü məsuliyyətsiz davranışa və sükan arxasında smartfondan istifadə etdiyinə görə cərimə edib. Özü də polislər cəza barədə məlumatı istifadəçinin Instagram sosial şəbəkəsindəki yazısına olan şərhdə bildiriblər.

Qayda pozan sürücünü aşkar etməkdə digər hərəkət iştirakçıları köməklik göstəriblər. Onlar sürücülərdən birinin başının daima smartfona qarışdığını qeyd ediblər - həmin sürücü sükan arxasında  olarkən Instagram-da canlı yayım edirmiş. Bundan sonra polislər asanlıqla sürücünü aşkar edərək ona 800 dirhəm (370 manat) cərimə yazıblar.

Hazırda Birləşmiş Ərəb Əmirliklərində səliqəli avtomobil idarə etməni stimullaşdıran “ağ ballar” sistemi işləyir. Ay ərzındə sürəti yüksəltmədən və digər cərimələr olmadan  avtomobili idarə edən sürücünün hesabına iki xal yazılır.  Toplanılmış bu “ağ ballar”  vasitəsi ilə yol hərəkəti qaydalarının xırda pozuntularını “ödəmək” də mümkündür. 

İl ərzində 24 xal toplamış sürücülər isə, polis departamenti tərəfindən verilən mükafata namizəd ola birlərlər.  Dubay polisi keçən il ərzində 24 xal toplamış 2000 sürücünü mükafatlandırmışdır. Bunlardan 1344 nəfəri kişi sürücülər, 656 nəfəri isə qadın sürücülərdir.  Eyni zamanda, bunlardan yalnız 500 nəfəri Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarıdır.  İki min şəxsin hər biri xüsusi hədiyyələrə layiq görülmüşdür. 

Xatırladaq ki, Dubai polisinin sərəncamında onlarla ən sürətli avtomobillər vardır. Bunların sırasında Porsche 918 Spyder, Audi R8, Aston Martin One-77, Bentley Continental GT, BMW M6, Bugatti Veyron, Ferrari FF, Ford Mustang, Lamborghini Aventador, McLaren MP4-12C, Mercedes-AMG SL 63, Mercedes-AMG SLS, Mercedes-AMG G63, Nissan GT-R və Lexus RC F avtomobilləri də vardır.