Kaliforniyanın Hoversurf startapı Dubay polisinə S3 hoverbaykının ilk nüsxəsini təqdim edib və onları idarə edəcək polislərin təliminə başlayıb. Şaquli qalxma və enmə aparatları 2020-ci ildən başlayaraq istismara buraxılacaq. Bu aparatları çevik polis alayları çətin keçilən ərazilərdə istifadə edəcəkdirlər.
CNN hazırda Hoversurf şirkətinin iki polis qrupuna təlim keçdiyini də bildirib. Hoverbaykın pilotu həm motosikli, həm də dronu idarə etmək bacarığına malik olmalıdır. Yaxın aylarda Dubay polisinin rəhbərliyi uçan aparat parkı barədə qərar qəbul etməlidir. Söhbət 30 - 40 ədəd Hoversurf S3 aparatının inşasından gedir.
Hoversurf şirkəti polis üçün nəzərdə tutulan uçan elektromotosikli keçən il GITEX sərgisində nümayiş etdirib. Hoverbayk 12,3 kilovat-saatlıq batareya ilə təchiz edilir və dolu batareya ilə dron rejimində 40 dəqiqə işləyə bilər. Pilot ilə birlikdə S3 havada 25 dəqiqə uçur.