Hələ yanvar ayında JATO Dynamics 2023-cü ildə dünya üzrə yeni avtomobil satışlarının ilkin nəticələrini dərc etmişdi. Lakin yalnız indi 151 bazarın məlumatları daxil olan yekun və hərtərəfli statistik xülasə hazırdır. Nəticələr əsaslı şəkildə dəyişməyib, lakin mühüm dəqiqləşdirmələr və nüanslar var.
Ötən il dünyada 78,32 milyon yeni minik avtomobili (pikaplar da daxil olmaqla) satılıb. Bu, 2022-ci illə müqayisədə 10% və ya demək olar ki, 7 milyon çoxdur: hazırkı geosiyasi qeyri-sabitliyi nəzərə alsaq, bu, əla nəticədir! Maraqlıdır ki, iri bazarlar arasında ən sürətlə böyüyəni Avropadır (+ 16%), baxmayaraq ki, bu uğur əsasən elektromobillərə tələbatı stimullaşdıran Türkiyə sayəsində əldə olunub.
ABŞ və Kanada birlikdə satışları 12%, Cənubi Koreya və Yaponiya isə, 11% artıblar. Lakin dünyanın ən böyük bazarı hesab olunan Çində satışlar (24,2 milyon avtomobil) cəmi 3% artıb. Dünyanın yeganə mənfi dinamika göstərən regionu Afrika olub (- 5%).
Avroasiya regionunda artım 40% təşkil edib. Böyük ehtimalla, bu artımın böyük hissəsi Rusiya bazarının payına düşür. Bununla belə, JATCO agentliyi regionun ən böyük bazarı barədə məlumatları dərc etməyib.
2023-cü ildə Çin avtomobil istehsalçıları ilk dəfə bazar payına görə amerikan avtomobil istehsalçılarını üstələyiblər: 15,2% qarşı 17,9%. Buna Çin avtomobillərinin satışlarının Avrasiya, Latın Amerikası, Cənub-Şərqi Asiya, Afrika və Yaxın Şərqdə artması kömək edib.
Nəticədə Çin avtomobillərinin satışı 13,43 milyon ədədə (23% artım), amerikan avtomobillərinin satışı isə, cəmi 9% artaraq 11,93 milyona çatıb. Zirvədə isə, əvvəlki kimi, yaponlardır: 23,59 milyon avtomobil və ya qlobal satışların 29,1%. Hətta top-25 modelin reytinqində 13 avtomobil yapon mənşəlidir.
2023-cü ildə krossoverlər 36,72 milyon nüsxədə satılıblar (artım 16%) və qlobal bazarın demək olar ki, yarısını tutublar! Qlobal bestseller Tesla Model Y elektrik krossoveri (1,22 milyon avtomobil) olub.
İlk beşlikdə yalnız bir adi minik avtomobili var - Toyota Corolla/Levin sedanı (803 min ədəd). Belə Corolla modelinin satışı 19% azalıbsa, Corolla Cross krossoverinin satışı 35% artıb (715 min ədədə qədər).
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.