2025-ci ildə baş mükafat uğrunda 10 model mübarizə aparacaq. Xatırladaq ki, ilkin siyahıya 52 avtomobil daxil edilib ki, onlardan yalnız üçü elektromobil olub. “Ən yaxşı elektromobil”, “Ən yaxşı idman avtomobili”, “Ən yaxşı şəhər avtomobili” və “Ən yaxşı premium sinif avtomobili” nominasiyaları üzrə də qələbəyə iddiaçılar məlum olub.

World Car of the Year” (WCOTY) müsabiqəsinin təşkilatçıları əsas və beş əlavə kateqoriyada qələbə üçün mübarizə aparan finalçı modellərin siyahısını dərc ediblər. Nəticələr aprelin 16-da Nyu-York avtosalonunda açıqlanacaq. Baş mükafat uğrunda Audi A5/S5, BMW X3, Ford Mustang, Hyundai Inster/Casper Electric, Kia EV3, MINI Cooper Electric, Suzuki Swift, Toyota Camry, Toyota Land Cruiser/Land Cruiser 250 və Volkswagen Tiguan/Tayron mübarizə aparacaqlar. Bununla belə, ilkin siyahı beş dəfə böyük olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

“World Electric Vehicle kateqoriyasında ilk beş finalçı bunlardır: Hyundai Inster / Casper Electric, Kia EV3, Porsche Macan Electric, Volkswagen ID. Buzz və Volvo EX90. World Luxury Car kateqoriyasında Lexus GX, Porsche Macan, Panamera? Volkswagen ID. Buzz və Volvo EX90 çıxış edirlər. World Performance Car adı uğrunda Bentley Continental GT Speed, BMW M5, Ford Mustang, Porsche 911 Carrera GTS və Taycan Turbo GT modelləri mübarizə aparacaqlar.

Nəhayət, 2025-ci ilin World Urban Car kateqoriyasında BYD Seagull / Dolphin Mini, Hyundai Inster / Casper Electric, MINI Cooper, Cooper Electric və ya Suzuki Swift modelləri yarışacaqlar. Bütün kateqoriyalardan olan avtomobillər həm də World Car Design of the Year mükafatı uğrunda yarışacaqlar. Xatırladaq ki, Avropada “İlin Avtomobili” mükafatının qalibi Renault 5/Alpine A290 cütlü, Şimali Amerikada isə, Honda Civic modeli olub.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.