Tamburini T12 Massimo motosikli dünyanın ən bahalı baykı adına layiq görülmüşdür. Bir Tamburini T12 motosiklinin satış qiyməti 300000 avro təşkil edir. Döğrudur, hələlik bu motosikl ancaq iki prototip şəklində mövcuddur, lakin bu aparatlar artıq MotoGP yarışları üçün hazırlanmış Honda RC213V-S yarış baykının rekordlarını yeniləməyə müvəffəq olmuşdurlar. Müqayisə üçün bildirmək istərdik ki, adını çəkdiyimiz Honda baykının qiyməti 200000 avro təşkil edir.
Tamburini T12 Massimo motosiklinin tarxçəsini sadə hesab etmək olmaz. Bu layihənin müəllifi, 2014-cü ildə ağır xəstəliklə əlaqədar dünyasını dəyişmiş Massimo Tamburini olmuşdur. Öz işinin əsil azarkeşi kimi, Massimo T12 layihəsi üzərində sön günlərinə qədər çalışmışdır. Onun ölümündən sonra estafeti müəllifin qohumları və yaxın dostları davam etdirmişdilər.
Qeyd etmək lazımdır ki, Massimo Tamburini Ducati 916 və MV Augusta kimi modellərin dizayneri olmuşdur. Tamburini T12 modelinə gəldikdə isə, bu baykı Massimonun yaradıcılığının ən yüksək nöqtəsi hesab etmək olar. Motosikl xırda detallarıma kimi düşünülmüşdür və tələb edilən qiyməti tamamilə doğruldur.
Məlumdur ki, Tamburini T12 Massimo BMW S1000RR modelinin mühərriki ilə hərəkətə gəlir ki, bu mühərrik də 230 at qüvvəsi gücə malikdir.
Yüksək qiymətindən əlavə, bayk qibtə ediləcək sürətə malikdir ki, bu da onun «pijonluq» əlaməti kimi sayılacaq elementlərdən, dönmə işıqlarından və sairə bərbəzəkdən tamamilə azad olması səbəbindən irəli gəlir.
Motosiklin ümumi çəkisi 150 kiloqrama bərabərdir. Tamburini T12 Massimo modelinin yüksək qiymətinə baxmayaraq, baykerlər arasında bu möhtəşəm motosiklə könül verəcək insanların olacağından şübhə etməmək olar.