JATO Dynamics analitika şirkəti Motor1 nəşrinin mütəxəssisləri ilə birlikdə araşdırma apararaq, 2021-ci ilin ən populyar avtomobillərini müəyyənləşdiriblər. Ekspertlər bütün avtomobil satışlarının 99 faizini özündə cəmləşdirən 106 ölkənin məlumatlarını təhlil ediblər. Nəticədə, Toyota RAV4 krossoveri, ilk dəfə olaraq, planetin ən çox axtarılan avtomobili olub. Bundan əlavə, tarixdə ilk dəfə olaraq, ən populyar modelləri siyahısına elektromobil də qoşulub.
2021-ci ildə dünya üzrə 1 milyon 132 min Toyota RAV4 krossoveri satılıb. İkinci yerdə 1 milyon 104 min nəticə ilə Toyota Corolla qərarlaşıb. Honda CR‑V modeli isə, 903 min nüsxəlik satışla ilə ilk üçlüyü tamamlayıb. Bundan əlavə, Nissan Sentra, Toyota Camry, Honda HR‑V, habelə Ford F‑150, Toyota Hilux, Tesla Model 3 və Honda Accord ən çox satılan avtomobillərin ilk onluğuna daxil olublar. Belə ki, ən populyar avtomobillərin 80 faizi yapon istehsalçılarına məxsusdur.
Siniflər üzrə bölünməyə gəlincə, Toyota Camry orta ölçülü sedanlar kateqoriyasında lider olub. Pikapların reytinqində birinci yeri Ford F-150 tutubb. Premium avtomobillər arasında isə, 329 min nüsxədə satılan BMW 3 Series qalib gəlib.
Ultra yığcam avtomobillər siyahısında alıcılar ən çox Wuling Hongguang Mini EV (391 min) smodelini eçirdilər. Keçən ilin sonunda ən yaxşı idman avtomobili 70 min alıcının seçdiyi Ford Mustang modeli olub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.