J.D. Power konsaltinq şirkətinin analitikləri üç yaşı olan avtomobillərin sahibləri arasında sorğu keçirib və dünyanın ən etibarlı markalarını müəyyənləşdirib. 2019-cu ilin qalibi Cənubi Koreyanın Genesis markası olub.

Ümumilikdə mütəxəssislər hər bir markadan olan 100 avtomobilin sahibi ilə sorğu keçirərək, onların iki illik istismar dövründə qarşılaşdıqları problemlərin sayını təhlil ediblər. Eyni zamanda, şikayətlər bir neçə kateqoriyaya bölünsə də,  hər şeyi nəzərə alınıb. Mütəxəssislər fənərlərin xarab olmasından tutmuş, Bluetooth vasitəsilə smartfonun birləşdirilməsinə qədər olan  problemləri, eləcə də köməkçi sistemlərin imkanlarının sürücü tərəfindən həddən yüksək qiyməyləndirməsini də nəzərə alıblar.

Araşdırmalara görə, Cənubi Koreyanın Genesis markası ən etibarlı avtomobillərin istehsalçısı olub: bu markadan olan iki modeldə 100 avtomobildə 89 şikayət aşkarlanıb. Lexus 100 şikayətlə ikinci, Buick isə 103 şikayət ilə üçüncü olub. Qeyd etmək gərəkdir ki, Genesis ilk dəfədir bu reytinqdə iştirak edir - qaydalara görə, araşdırmalarda iştirak etmək üçün, markanın avtomobillər ən azı üç il ərzində bazarda satılmalıdır.

Reytinqin sonunda hər bir avtomobil sahibindən orta hesabla iki şikayət daxil olmuş dörd istehsalçı yer alır. Onların arasında Volvo (185 şikayət), Jaguar (186 şikayət), Chrysler (214 şikayət) və rekorda imza atan Land Rover (220 şikayət) vardır.

Bu günə qədər səkkiz ildir ki, Lexus markası bu reytinqdə birinci yeri tutur. Keçən il yapon istehsalçı şikayət sayını 106-dan 100-ə qədər azaltmağa müvəffəq olsa da, Genesis markasını üstələyə bilməyib və ikinci yeri tutub. Cənubi Koreya markası əvvəl də J.D. Power reytinqində iştirak edib, lakin o zaman Genesis yeni avtomobillər kateqoriyasında mübarizəyə qoşulub. Marka bu kateqoriyada ikincilik ilə debüt etsə də, sonradan iki dəfə lider olub.

Bundan başqa, mütəxəssislər sənaye üzrə orta göstərici üzrə irəliləyiş olduğunu qeyd edirlər. Göstərici cəmi iki xal (136-dan 134 problemə qədər) azalsa da,  təşkilatçıların fikrincə, bu son 31 ildə əldə edilmiş ən yaxşı göstəricidir.