Dodge şirkəti dünyanın ən güclü ofrouderi hesab edilən Durango SRT Hellcat modelinə sifarişlərin qəbuluna son verdiyini elan etməsinə baxmayaraq, planlanlaşdırılan 2000 nüsxəlik tirajı bir qədər artırmaq qərarına gəlib.
Amerikan istehsalçısı ekstremal Dodge Durango SRT Hellcat modelini 2000 nüsxəlik tirajla buraxacağına söz vermişdi - bir neçə test avtomobili istisna olmaqla bütün ofrouderlər artıq satılıb, dilerlər isə sifarişlərin qəbulunu çoxdan dayandırıblar. Bütün ofrouderlər bu ilin iyun ayına qədər Miçiqan ştatındakı zavodda istehsal ediləcəyi və şirkətin avtomobilə tələbatın yüksək olmasına baxmayaraq, tirajı artırmayacağı ehtimal edilirdi.
Bu günlərdə amerikan markasının əməliyyat direktoru Bob Broderdorf Dodge Garage nəşrinə verdiyi müsahibədə, şansını qaçıranlar üçün superkrossoverin bir neçə əlavə nüsxəsini buraxmaq qərarının qəbul edildiyi bildirib.
“Hər dəfə bazara məhdud sayda avtomobil çıxardıqda və onu ABŞ-dakı Dodge dilerlərinin sayından belə az nüsxədə buraxmağı planlaşdırdığınız zaman bir çox müştərinin həddən ziyadə narazılığı ilə üzləşmək riskini daşıyırsınız”, - Broderdorf söyləyib.
Şirkət, ekstremal Hellcat ailəsinin digər modellərindən bir neçə 6,2-litrlik V8 Hemi mühərrikini borc almaq fürsətinin olduğunu və bununla da çox populyar olan ofrouderin tirajında kiçik bir artımı təmin edəcəyini vurğulayıb.
Durango SRT Hellcat modelinin əlavə nüsxələrinin iyun ayında istehsal edilməsi planlaşdırılır, lakin onların sayı hələ də sirr olaraq saxlanılır.