“The Drive” nəşrinin bildirdiyinə görə, avtomobil sahibləri qrup şəklində irəli sürdükləri iddia ərizəsində amerikan istehsalçını vicdansızlıqda ittiham edirlər. İddiaçılar, 2021-ci ildə 720 at qüvvəli avtomobil alarkən onun eksklüziv qalacağından əmin olduqlarını bildiriblər: o zaman, Dodge “bərkgedən” ofrouderin tirajını təxminən üç min ədədlə məhdudlaşdıracağına söz vermişdi. Lakin istehsalçı sözünün üstündə durmayıb və modeli konveyerə geri qaytarıb. İndi isə, bu vəziyyətdən narazı qalan müştərilər istehsalçıdan təzminat tələb edirlər.
Dodge Durango SRT Hellcat modeli 2020-ci ildə debüt edib. Başlanğıcda, onun yalnız bir il müddətində buraxılması planlaşdırılırdı. Dodge rəhbərliyi bunu birbaşa bəyan edərək, avtomobilin uzun illər boyu ikinci əl bazarında yüksək tələbata malik olacağını vəd etmişdi.
Bundan başqa, istehsalçı potensial müştəriləri “avtomobili əldə etmək üçün yalnız bir şansınız var” kimi ifadələrlə cəlb etmişdi. Üç min nüsxədə buraxılacaq ilkin tirajın satılmasından uzun müddət keçdikdən sonra, Dodge şirkəti Durango SRT Hellcat modelinin istehsalını daha bir model ili uzatdığını bəyan etmişdi.
Yeni nüsxələrin buraxılması Hellcat alıcılarını çox qəzəbləndirib, çünki bu hal onların avtomobillərinin eksklüzivliyi itirməsinə səbəb olub. Avtomobil sahibləri qrup şəklində irəli sürdükləri iddia ərizəsində Dodge şirkətinin dələduzluq sxemindən istifadə etdiyini və eyni vaxtda ABŞ-ın bir neçə ştatında qüvvədə olan istehlakçıların hüquqlarının müdafiəsi barədə qanunları pozduğunu bildiriblər.
Durango SRT Hellcat modelinin reklamında o, məhdud sayda buraxılacaq avtomobil kimi göstərilib və bu hal Dodge şirkətinə ona yüksək qiymət qoymağa şərait yaradıb. Ofrouder eksklüziviyini itiridiyinə görə, onun sahibləri amerikan istehsalçısından təzminat tələb edirlər.
Dodge Durango SRT Hellcat 720 at qüvvəsi və 875 Nm fırlanma anı hasil edən kompressorlu 6,2-litrlik V8 mühərriki ilə hərəkətə gəlir. Belə ofrouder yerindən 60 mil/saata (97 km/saata) 3,5 saniyəyə sürətlənir. 2021-ci ildə belə bir krossoverin qiyməti 81 min dollar təşkil edirdi.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.