Bu ilin sentyabr ayında Frankfurtda keçiriləcək avtomobil sərgisində Duster ofroderinin ikinci nəslinin debüt edəcəyi söylənilir. Renault və Dacia markaları altında buraxılan ofroderin Avropa bazarındakı satışlarına gələn ilin əvvəlində start veriləcəyi ehtimal olunur.
Növbəti nəsil Duster haqqında məlumatla Renault-Nissan ittifaqının rəhbərliyindəki etibarlı mənbələrinə istinad edən Largus fr nəşri bölüşmüşdür. Portalın məlumatlarına əsasən, ofroderin ikinci nəsli modernləşdirilmiş B0 platformasında yığılacaqdır. Bundan əvvəl, avtomobilin CMF modul platformasında istehsal ediləcəyi də bildirilmişdir. Lakin, nəşr bu platformanın modelin Grand Duster adını alacaq yeddi yerlik variantı üçün istifadə ediləcəyini bildirmişdir. Beləliklə, beş bə yeddi yerlik avtomobillər müxtəlif platformada yaradılacaqdırlar.
Satışlar başlanan anda yeni 5-yerlik ofroder bir neçə əlverişli güc aqreqatları ilə təklif ediləcəkdir. İkinci nəsil Duster modelinin mühərrik çeşidinə 0.9 TCe və 1.2 TCe benzin mühərriklərinin, həmçinin 1.5 dCi və 1.6 dCi dizel güc aqreqatlarının daxil ediləcəyi söylənilir. Adı çəkilən mühərriklərin güc xarakteristikaları açıqlanmamışdır.
Mühərriklər mexaniki və avtomatik ötürmələr qutuları ilə təchiz ediləcəkdirlər.