Çinin BYD şirkəti "sülalə" ailəsinin çeşidini genişləndirməyə davam edir: ötən ilin əvvəlində bayraqdar Tang L krossoveri və Han modelinin ikinci nəsli olan Han L sedanı eyni vaxtda debüt edib. Tezliklə onlara BYD Great Tang flaqman krossoveri (və ya Çin dilində Datang) qoşulacaq.
Böyük krossoverin xarici görünüşü BYD markasının yeni firma üslubunu əks etdirir. Ön tərəfdə kuzovun eni boyunca uzanan LED zolaq və işıqlandırılan loqotip var. Əsas faralar bamperdəki şaquli hissələrdə yerləşdirilib. Ön bamperin aşağı hissəsində trapesiya formalı hava girişi də var.
Damda lidar sistemi quraşdırılıb, qapı tutacaqları son zamanlar dəbdə olduğu kimi, irəli çıxan deyil, arxa tərəfdə isə, mərkəzində markanın loqotipi olan monofənər var. Eksteryer tərtibatı üçün iki variant mövcuddur: qapalı aerodinamik təkərləri olan iki rəngli kuzov və ya qara dekoru, çoxmilli təkərləri və arxa spoyleri olan “idman” versiyası.
BYD Great Tang krossoverinin uzunluğu 5263 millimetr (arxa bamperin başqa dekorativ detalları daxil olmaqla 5302 millimetr), eni - 1999 millimetr, hündürlüyü isə, pnevmoasqı ilə 1790 millimetrm, yaylı variantla 1800 millimetrdir. Təkər bazasının ölçüsü 3130 millimetr təşkil edir. Təkər disklərinin diametri 20 və ya 21 düymdür.
Yeddi yerlik interyerin tərtibatında “ağac” dekordan istifadə olunub, oturacaqların üzlüyü isə, romb şəkilli tikişlərlə bəzədilib. Ön paneldə üç ekran var: rəqəmsal cihazlar paneli, mediasistemin mərkəzi ekranı və sərnişin displeyi.
Mərkəzi konsolda simsiz şarj paneli, oturacaqların arasındakı tuneldə isə, bir sıra fiziki düymələr və stəkan tutacaqları var. Mexaniki qapı tutacaqları elektron düymələrlə əvəz olunub.
Tavanda arxa sərnişinlər üçün nəzərdə tutulmuş qatlanan monitor yerləşir. Panoram dam və proyeksiya ekranı da nəzərdə tutulub. İkinci cərgədə ayaq dayaqları və bir toxunuşla əyilmə tənzimlənməsi olan fərdi oturacaqlar, eləcə də qatlanan masalar və soyuducu var. Üçüncü sıranın oturacaqları, bütün digər oturacaqlar kimi, elektriklə tənzimlənir və qızdırılır.
Kiçik Tang L və Han L modelləri kimi, flaqman BYD Great Tang krossoveri də 1000 voltluq elektrik sisteminə malik olan BYD Super e platformasına əsaslanır: yüksək sürətli 10C batareyası ilə birlikdə şirkətin meqavatt sinifli şarj sistemini dəstəkləyir.
Artıq ən son Megawatt Flash Charge 2.0 stansiyası da hazırlanıb. Maksimum gücü 1360 kilovat olan şarj 1 saniyə ərzində 2 kilometrlik gediş ehtiyatını bərpa etməyə imkan verir, beş dəqiqəlik şarj isə, gediş məsafəsini 400 kilometr qədər artırır.
DM-i hibrid modifikasiyası 408 at qüvvəli elektrik mühərriki təchiz olunub və 240 km/saat maksimal sürətə malikdir. Elektrik versiyası elektrik dartmasıilə 950 kilometrə qədər məsafə qət edəcək və 100 km/saata 3,9 saniyəyə sürətlənəcək.
Nəhayət, krossover iki kameralı pnevmatik asqıya malik olacaq və təkmilləşdirilmiş sürücüyə yardım sistemləri həm şəhər, həm də magistral yollarında sürücülüyə kömək edəcək.
Bayraqdar BYD Great Tang krossoveri bu ilin birinci yarısında satışa çıxacaq. Gözlənilən qiymət 400.000 yuandan (təxminən 58.000 dollar) çox olmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









