Tozsoran istehsalçısı olan Dyson şirkəti Avropa patent bürosunda yeni ticarət markasını qeydiyyatdan keçirib. İstehsalçı Digital Motor brendi altında elektromobil buraxmaq niyyətindədir.
«Autocar» dərgisinin məlumatına əsasən patent bürosuna avtomobillər ilə yanaşı müxtəlif qurğuyların və avtomobil komponentlərinin də qeydiyyat ərizəsi verilibdir. Əvvəllər Dyson şirkəti hazır həll yollarından imtina edərək öz məhsullarını istifadə edəcəyini də bildirmişdir. Bunların arasında akkumulyator və elektrik mühərrikləri də vardır.
Bir müddət bundan öncə Dyson şirkəti buraxacağı elektromobillər xəttinin üç modeldən ibarət olacağını bəyan edib.
Tozsoran istehsalçısı bu modellərdən birincisini kiçik tirajla buraxacaqdır. İlk model fırmaya yeni malgöndərənlə birgə işləməyi və avtomobil biznesində istiqamətlənməyi “öyrədəcəkdir”.