Tozsoranlar istehsalçıı Dyson şirkəti Sinqapurda elektrokar buraxacaq zavodu inşa edəcəkdir. İstehsal meydançasının təməl daşı bu ilin dekabr ayında qoyulacaqdır. Elektromobillərin istehsalı isə 2021-ci ildə başlanacaqdır.
Dyson şirkətinin başçısı zavodun Böyük Britaniyada deyil Sinqapurda tikilməsinin əsas səbəbi kimi yüksək ixtisaslı mütəxəssislərin və regional malgöndərən şəbəkəsinin mövcudluğunu, həmçinin əsas bazarlara yaxınlığını göstərib. Eyni zamanda o, zavodun inşasına çəkiləcək xərclərin diqqətə alınmadığını da söyləyib.
Avqust ayının sonunda Dyson şirkətinin özünün Hallavinqtondakı texnoloji kompleksinin genişləndirilməsinə 200 milyon funt-sterlinq yatıracağı barədə məlumat verilmişdir. Burada artıq elektromobilin hazırlanması üçün cəlb edilmiş mütəxəssislər çalışır.