Adətən pilos avtomobilləri cansıxıcı olurlar, lakin hərdən qaydalardan istisnalar da olur. Məsələn, Avstraliya polisi “qaynar” Honda Civic Type R hetçbekində, Yaponia polisi – Nissan GT-R sportkarında, İtalyan karabinyerləri isə, mafiyadan müsadirə etdikləri Ferrari 458 Spider modeli ilə xidmət aparırlar. Buna baxmayaraq, dünyanın ən “bərkgedən” polis təşkilatı, əlbəttə ki, Birləşmiş Ərəb Əmirliklərinin polis departamentidir. Məlumdur ki, Əbu Dabi və Dubay polismenləri ən eksklyuziv superkarları istismar etmək hüququna malikdirlər.

Məsələn, Dubai polisinin sərəncamında onlarla ən sürətli avtomobillər vardır: Porsche 918 Spyder, Audi R8, Aston Martin One-77, Bentley Continental GT, BMW M6, Bugatti Veyron, Ferrari FF, Ford Mustang, Lamorghini Aventador, McLaren MP4-12C, Mercedes-AMG SL 63, Mercedes-AMG SLS, Mercedes-AMG G63, Nissan GT-R və Lexus RC F.

Bu günlərdə Əbu Dabi polisi Dubaylı həmkarlarının həsəd aparacağı bir avtomobilə sahib olub. Bu W Motors şirkətinin məhsulu olan Lykan HyperSport hiperkarıdır. Cəmi yeddi ədəd buraxılan unikal avtomobil RUF atelyesi tərəfindən hazırlanmış 3,7-litrlik iki turbokompressorlu oppozit mühərriki quraşdırılıb.

Güc aqreqatı 740 at qüvvəsi və 960 Nm fırlanma anı hasil edir. Mühərrik yeddi diapazonlu iki muftalı “robot” ilə tandemdə çalışır. Arxa oxda özüqapanan dufferensial quraşdırılıb. 100 km/saat sürətini hiperkar 2,8, 200 km/saat həddini isə 9,4 saniyəyə toplayır. Lykan HyperSport modelinin maksimal sürət həddi 395 km/saatdır.